Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Əli Kərimlinin şikayəti qəbul edilmədi - 2500 ödəməlidir

Tarix: 14-12-2018 12:42     Baxış: 4263 A- / A+
Əli Kərimlinin şikayəti qəbul edilmədi - 2500 ödəməlidir


AXCP sədri Əli Kərimli növbəti dəfə hakim qarşısına çıxarılıb. Məhkəmə qərarı ilə 2500 manat cərimə edilən Əli Kərimli narazı qalaraq apellyasiya şikayəti verib.

Manevr.az xəbər verir ki, onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılıb. Qərara əsasən apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Əli Kərimli və bir neçə cəbhəçi Baş şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstərərkən saxlanılmışdılar.

Ə.Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) və 513.2-ci ("Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddələri ilə ittiham edilib.

Saxlanılan digər şəxslər isə 513.2-ci maddə ilə təqsirli bilinib.

Əli Kərimli Səbail rayon Məhkəməsinin qərarı ilə 2500 manat məbləğində cərimə edilib./musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar