Xəbər lenti
Mariya Butina Rusiya agenti olduğunu etiraf etdi – FOTO
Casusluq fəaliyəyti ilə bağlı həbs edilən Mariya Butina ABŞ-da məhkəmə qarşısana çıxarılıb.
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, Mariya Butina agent olduğunu etiraf edib.
Qeyd edək ki, Mariya Butina ötən ilin iyul ayında ABŞ-da Rusiya dövləti üçün məlumatlar toplaması ittihamı ilə həbs edilmişdi. Vaşinqtonda məhkəmə qarşısına çıxarılan agent qadın hər şeyi etriaf edib. Məhkəmədə Mariya Butinanın sualları cavabandırdıqdan sonra psixoloji probleminin olub-olmaması da yoxlanılıb. Daha sonra hakim ona “İttihamları qəbul edib hökm oxunduqdan sonra öz ölkənə ekstradisiya ediləcəyini bilirsənmi?” sualını verib.
Mariya Butina bunu bildiyini deyib və verilən bütün suallara düzgün cavab verdiyinə hakimi əmin edib. Daha sonra M.Butina məhkəmə zalından çıxarılıb.
Amerikalı hakimlərin qərarına əsasən işə son dəfə olaraq yaxın günlərdə yenidən baxılacaq və yekun hökm oxunacaq.
Qeyd edək ki, bu ilin iyul ayında Mariya Butina agent ittihamı ilə Vaşinqtonda saxlanılıb. Butina amerikalı siyasətçilərlə görüşüb və ABŞ-da qərarların qəbul edilməsinə təsir etmək üçün Moskvanın ondan istifadə etdiyi ehtimal edilib. Rusiyanın Xarici İşlər Nazirliyi isə bu iddiaları yalanlayaraq Mariya Butinanın ABŞ-da bir tələbə olduğunu bildirmişdi. Mariya Butinanın Rusiya-ABŞ arasındakı gərginliyə görə bəhanə edilərək casusluqda ittiham edildiyi bildirilmişdi. Bundan əlavə, nazirlik rəsmiləri Mariya Butinanın hansı qərar verməsindən asılı olmayaraq, onun arxasında duracaqlarını bəyan edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar