Xəbər lenti
Dərsə getməyən qızın atası polisə çağrıldı
"Məktəbə buraxılmayan VII sinif şagirdinin atası dünən polis bölməsində izahat yazıb və bu həftədən qızının məktəbə gələcəyini bildirib".
Manevr.az xəbər verir ki, bunu femida.az-a açıqlamasına Bakı şəhəri 216 nömrəli orta məktəbin direktoru Elnur Bayramov məlumat verib. Direktorun sözlərinə görə, həmin şəxs qızının müalicə aldığı üçün dərslərdə iştirak etmədiyini deyib.
"Qızın atası Rusiyadan gəlib. Məktəblinin dərsə buraxılmaması ilə bağlı polisdə iş aparılır. Atası yazılı izahat verib ki, onun dərsə gəlməsi təmin olunacaq. Qızın ərə getməsi barədə deyilənlər isə yalandır. Yetkinlik yaşına çatmayan qızın ərə verilməsindən söhbət gedə bilməz”, - deyə E.Bayramov vurğulayıb.
Qeyd edək ki, Bakı şəhəri 216 nömrəli tam orta məktəbdə dərs ilinin əvvəlindən VII sinif şagirdinin (müvafiq səbəblərə görə qız şagirdin adı yazılmır - red.) dərsə davamiyyəti ilə bağlı problem yaranıb. Şagirdin nənəsi yolun uzaq olduğunu, anasının müalicə aldığını, atasının isə Rusiyada işlədiyini səbəb gətirərək onu dərsə gəlməsinin mümkün olmadığını söyləyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
İdman
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar