Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Fizuli Məmmədov 100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazır olduğunu bəyan edib

Tarix: 13-12-2018 13:34     Baxış: 3273 A- / A+
Fizuli Məmmədov 100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazır olduğunu bəyan edib

Rusiyada yaşayan Azərbaycan əsilli işadamı Fizuli Məmmədov 100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazır olduğunu bəyan edib. İş adamı sosial şəbəkədəki səhifəsində bu barədə yazaraq bildirib ki, 1991 ci ildən 2 avqust 1997 ci ilə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi haqqında imzalanan fərmana uyğun olaraq ödəmələrin verilməsinə başlanıb, ancaq bir çox şəhid ailələrinə ödəmələrdən imtina edilib.

Manevr.az
xəbər verir ki, F.Məmmədov yazıb: "Mən hesab edirəm ki, əgər dövlət öz öhdəliklərini vaxtında yerinə yetirə bilmirsə, belə şəraitdə azərbaycan biznesinin, o cümlədən diasporun nümayəndələri şəhid ailələrinə kömək etməlidirlər. Öz oğullarını itirdiklərinə görə ödəmə almaq üçün çoxsaylı aksiyalar keçirən şəhid analarının alçaldılmasına qətiyyən yol vermək olmaz. Bu məsələnin ümummilli biabırçılıq səviyyəsinə çatdırılmaması üçün dərhal şəhid analarının problemlərini həll etmək lazımdır. Axı onların oğulları bizim ümumi Vətənimiz Azərbaycanı müdafiə edərkən həlak olublar. Ona görə də biz hamımız bu qadınlar qarşısında borcluyuq.

Mən hesab edirəm ki, biznes nümayəndələri vətənpərvərlik nümayiş etdirməli və şəhid ailələrinin problemlərinin həllində fəal iştirak etməlidirlər. Bunun üçün Azərbaycan hökuməti şəhid ailələrinə təzminatların ödənilməsi problemini həll etmək məqsədilə imkanlı azərbaycanlı iş adamlarını cəlb etmək üçün sərəncam verməlidir.

Şəxsən mən bu problemin həllində ən fəal şəkildə iştirak etməyə və Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibədə övladlarını itirmiş 100 şəhid anasına 11 min manatdan ödəmə etməyə hazıram. Hər bir şəhid anası mənim üçün doğma anam və bacımdır və onlara maddi kömək göstərməyə hazıram.

Azərbaycanın əsl vətənpərvərlərinə, ilk növbədə imkanlı iş adamlarına müraciət edirəm ki, məni nümunə götürsünlər və digər şəhid ailələrinə də kömək etsinlər. O zaman bu problem çox tez həllini tapacaq. Qarabağ müharibəsi - yalnız şəhid ailələrinin ağrısı deyil, bütün azərbaycan xalqının dərdidir və biz hamımız bu yaranı sağaltmalıyıq"./musavat.com



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar