Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Müqaviləsiz çalışanlar necə ifşa olunacaq? - Yeni cəzalar şübhələrə son qoyurmu?

Tarix: 11-12-2018 21:34     Baxış: 3220 A- / A+
Müqaviləsiz çalışanlar necə ifşa olunacaq? - Yeni cəzalar şübhələrə son qoyurmu?

İşçilərin əmək müqaviləsiz işlədilməsinə görə işəgötürənlərə tətbiq olunan maliyyə sanksiyasının məbləği artırılıb. Bu, Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürən təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat cərimə olunacaq.

İkinci dəfə yol verdikdə 4000, üç və daha çox dəfə yol verdikdə 6000 manat maliyyə sanksiyası tətbiq olunacaq. Qeyd edək ki, hazırda bütün hallarda işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Manevr.az
bildirir ki, yeniliyi Sputnik Azərbaycan-a şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədovun fikrincə, inzibati qaydalarla, cərimələrin artırılması ilə fiskal yığımın artırılması baxımından müəyyən nəticəyə nail olmaq mümkündür: "Vergi inzibatçılığında müsbət gözləntilərin özünü doğrultması gözlənilir. Amma söhbət fundamental əsaslardan gedirsə, biznes mühitə öz iqtisadi fəaliyyətini ölkə iqtisadiyyatının maraqlarına uyğun qurulması üçün şərait yaradılmalıdır".
"Biznes üçün daha sərfəli olmalıdır ki, öz biznes fəaliyyətini, tamamilə, qanuniləşdirsin, yəni kölgə iqtisadiyyatından çəkilsin. Bunun üçün də vergi siyasəti stimullaşdırıcı olmalıdır. Biznes daha maraqlı olmalıdır ki, investisiyaları artırsın. Bunun vergi bazasının azalmasına təsiri mümkün olsun" - ekspert bildirib.
E.Məmmədov qeyd edib ki, əsas məsələ biznesin stimullaşdırılmasıdır: "Bu zaman biznes əldə etdiyi gəlirlərini, mənfəətini daha çox investisiyaya yönəldərək, həm ölkə iqtisadiyyatının inkişafına xidmət edəcək, həm də biznesin özü üçün bu maraqlı olacaq. Ona görə də ancaq inzibati yollarla bunun tənzimlənməsi dayanıqlı effekt verə bilməz".
"Düzdür, vergi cərimələrinin müəyyən mənada artırılmasına ehtiyac var idi. Amma düşünmürəm ki, ancaq inzibati qaydada, cərimələrin artırılması yolu ilə dayanıqlı və davamlı şəkildə biznesin vergidən yayınma hallarının qarşısını almaq olacaq. Ona görə mütləq stimullaşdırıcı iqtisadi tədbirlər həyata keçirilməlidir" - professor vurğulayıb.
İqtisadçı-ekspert Samir Əliyev isə, açıqlamasında deyib ki, müəyyən hallarda sanksiyaları sərtləşdirməklə qanunu pozanları bu əməlindən çəkindirmək olur: "Amma bu, həmişə effekt vermir. Məsələn, kassa aparatına münasibətdə anlamaq olar ki, bu, göz qabağında olan məsələdir. Kassa aparatına vurmayanda yüksək cərimə tətbiq etmək olar. Amma işçilərin gizlədilməsini sübut etmək çox çətindir. Çalışanın qeyri-rəsmi işlədiyi necə sübut olunacaq? Deyəcəklər ki, yaxın qohumdur və s.".
İqtisadçı qeyd edib ki, Vergi Məcəlləsinə son dəyişikliklərdə bütün sahələrdə cərimələr, maliyyə sanksiyaları sərtləşdirilib: "Bu addımın əsas məqsədi gizli iş yerlərinin rəsmiləşdirilməsidir. Amma cərimələr ilə bunu etmək düzgün deyil. Düzdür, Vergi Məcəlləsində güzəştlər də tətbiq ediblər. Söhbət gəlir vergisindən gedir və bu da güzəştdir".
"Amma nəyə görə işçi gizli çalışır? Ona görə ki, burada 25 faiz söhbəti var - Dövlət Sosial Müdafiə Fonduna verilən pul. Bunun 22 faizini işəgötürən, 3 faizini isə işçi verirdi. İndi bunu, təxminən, yarıya bölüblər. Amma ümumilikdə yenə də pul sahibkardan çıxır. İşə gedən adam demir ki, "mən nə qədər maaşa qol çəkəcəyəm", deyir ki, "nə qədər maaş alacağam"" - S.Əliyev diqqətə çatdırıb.
"Yəni işçi bütün vergilərdən sonra nə qədər alacağı barədə düşünür. Bunun əhəmiyyətli effekt verəcəyinə şübhə ilə yanaşıram. Ötən illə müqayisədə artım ola bilər. Amma sərt sanksiyaların tam tərəfdarı deyiləm. Daha çox vergi şərtlərinin, yükünün azaldılması yolu ilə bu işin stimullaşdırılmasının tərəfdarıyam" - deyə o, əlavə edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar