Xəbər lenti
Saatlarla tıxacda qalan sürücülər OXUSUN! - Avtomobilə ziyanları
Bu gün ölkəmizdə 1 milyon 400 mindən çox avtomobil var.
Onun 72%-i Bakıda idarə olunur. Bu da günün pik saatların paytaxtda tıxacın yaranmasına səbəb olur. Gündəlik olaraq işə gedib-gələn şəxslərin 2-3 saatı tıxacda keçir.
Tıxacda qalmaq sürücülərin əsəbləriylə yanaşı avtomobillərə də ziyan vurur.
Avtomobil üzrə texniki məsləhətçi Əli Sultanov Metbuat.az-a açıqlamasında deyir ki, uzun müddət tıxacda qalmaq avtomobildə sərfiyyatı artırır:
“Avtombil tıxacda qalanda mühərrik yerində işləyir, bu da sürücünün özünə ziyandır. Çünki heç nədən sərfiyyat artır. Yerində işləyən avtomobillərin mühərriyi daha çox benzin sərf edir. Soyutma sistemi normal çalışan avtomobillərdə bu hal problemə səbəb olmur. Yeni, avtomobilin yerində işləməsinin onlara heç bir ziyanı yoxdur. Əsas ziyan avtomobildən daha çox sürücünün cibinə olur. Çünki mühərrik işlədikcə yağın kilometrajı azalır. Ona görə şəhərdə sürülən avtomobillərə 6 min kilometrdən bir yağının dəyişilməsini tövsiyə edirik. Çünki yerində 6 min km işləmək hərəkətli magistralda 8-9 min deməkdir. Ona görə, şəhərdə avtombil sürən sürüclər tez-tez avtomobillərinin yağını dəyişməsini məsləhət görürük.
Tıxacda avtomobillər arasında interval saxlamamağın da ziyanı var. Belə ki, avtomobillər arasında məsafə az olanda, qarşıdakı avtomobilin səs boğucsundan çıxan istilik arxadakı avtomobilin soyutma sisteminə daxil olur. Normalda soyutma sistemi havanı 30 saniyəyə soyudursa, bu müddət 2 dəqiqəyə kimi uzana bilir. Ona görə də, tıxacda olan zaman arada bir balaca interval saxlanılmalıdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar