Xəbər lenti
Azərbaycanda ən çox maaş verilən sahələr açıqlandı (SİYAHI)

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Manevr.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 540 manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% şoxdur.
2018-ci il noyabrın 1-i vəziyyətinə ölkədə 1 552,8 min nəfər muzdlu işçi var, onlardan 884,7 min nəfəri dövlət sektorunda, 668,1 min nəfəri isə qeyri-dövlət sektorunda işləyir.
Muzdla işləyənlərin 21,4%-i təhsil, 18,6%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 13,4%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i tikinti, 7%-i dövlət idarəetməsi müdafiə və sosial təminat, 4,6 -i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 11%-i isə iqtisadiyyatın digər sahələrində çalışıblar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar