Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Siqaretin qiyməti bahalaşır

Tarix: 11-12-2018 15:27     Baxış: 3230 A- / A+
Siqaretin qiyməti bahalaşır


2019-cu ilin yanvarından siqaretlərin qiyməti bahalaşacaq.

Siqaret istehsalçıları tərəfindən mağaza və marketlərə dekabrın 28-dən yanvarın 4-ə siqaret paylanılmasının dayandırılacağı bildirilib.

Həmçinin yanvar ayından etibarən qiymətlərdə 20-50 qəpik arası bahalaşma olacağı barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, bir neçə gün öncə "Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında" qanun Milli Məclisdə müzakirə edilərək, qəbul olunub. Dəyişikliyə görə, Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb ediləcək. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə 1, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.

Bu səbəbdən enerji içkilərinin də qiymətində bahalaşma olacağı gözlənilir./qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar