Xəbər lenti
Azərbaycanlılar 73 illik tarixi hadisəni andılar - Foto
Güneyli soydaşlarımız Ərdəbil şəhərinin küçələrinə 21 Azər hərəkatı ilə bağlı afişalar yapışdırıb.
Manevr.az xəbər verir ki, afişalarda hərəkatın əhəmiyyətindən, əsas simalarından bəhs edilib. Afişalarda Güney Azərbaycan Milli Hökumətinin sədri Seyid Cəfər Pişəvəri və hökumətin digər üzvlərinin şəkli əks olunub.
“21 Azər bayramı qutlu olsun!
1324-cü ilin (1945) 21 Azəri (12 dekabr) azərbaycanlıların qürur günüdür. Bu gün atalarımız Məhəmməd Rza Pəhləviyə “yox” dedilər. Biz də bu gün pəhləvilərə “yox!” deyirik”, - afişada yazılıb.
Qeyd edək ki, Azərbaycan Milli Hökuməti və ya 21 Azər hərəkatı — 1945-ci ilin dekabr ayından 1946-cı ilin dekabra qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş muxtar sosialist hökumətdir. Cəmi bir il mövcud olmasına baxmayaraq, AMH tarixdə ilk dəfə Cənubi Azərbaycanda müstəqil, müasir milli dövlətçilik cəhdi olub./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar