Xəbər lenti
Azərbaycanda 11 yaşlı uşağın Şaxta babaya məktubu hamını ağlatdı
"Atamdan sonra anamı da itirdim. Çox darıxıram"
Azərbaycanda Güvən Xeyriyyə və Dostluq Cəmiyyətinin həyata keçirdiyi layihə ilə bağalı uşaqların göndərdiyi məktublardan biri hər ksi kövrəldib.
“Şaxta baba sən ol” layihəsinə göndərilən məktubun müəllifi 11 yaşlı Tufan adlı uşaqdır. Adıçəkilən uşaq Masallının Bədəlan kəndindəndir və hər iki valideynini itirib. Dəmirçi kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdidir.
Manevr.az istiPress-ə istinadən 11 yaşlı uşağın məktubunu təqdim edir
“Salam Şaxta baba. Mən bu il çox kədərliyəm. Çünki atamdan sonra anamı da itirdim. Çox darıxıram. Bilirəm sən gətirə bilməzsən onları. Amma az da olsa, sevindirə bilərsən məni. Mən heç nə yazmıram. Sən nə istəsən gətirərsən”.
Artıq Təhsil nazirliyi də 11 yaşlı uşağın məktubuna reaksiya verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu barədə özünün "Facebook" səhifəsində yazıb.
"Əşrəfov Tufan Bağır oğlu Masallının Bədəlan kəndindəndir. Məktəbdən verilən məlumata görə, nümunəvi şagirddir, dərslərini yaxşı oxuyur. Tufan dayısının və babasının himayəsində yaşayır. Təhsil Nazirliyi Yeni il ərəfəsində Tufanı ziyarət edəcək və öz sovqatı ilə onu sevindirəcək".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar