Xəbər lenti
“Devalvasiya yalnız bir halda baş verə bilər...” - Araz Əlizadə
Mən Azərbaycanda manatın devalvasiyasını gözləmirəm, bunun üçün heç bir əsas yoxdur. Odur ki, cəmiyyəti çaşdırmaq yaxşı hal deyil.
Manevr.az bildirir ki, bu fikirləri teleqraf.com-a Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bəzi iqtisadçı ekspertlərin devalvasiya haqqında fikirlərini şərh edərkən deyib.
Araz Əlizadə xatırladıb ki, ölkədə istehlak olunan kənd təsərrüfatı məhsullarının hamısı elə Azərbaycan daxilində istehsal olunur. Deputatın fikrincə, xaricdən çox nadir kənd təsərrüfatı məhsulları gətirilir: “Üstəlik, dünya bazarında neft kəskin ucuzlaşmır. Neftin qiyməti adətən 5 faiz civarında enib-qalxır. Odur ki, manatın devalvasiya üçün heç bir iqtisadi əsas mövcud deyil.
Fikrimcə, devalvasiya haqqında danışmaq yersizdir. Maliyyə naziri də açıq qeyd etdi ki, manatın mövqeyində möhkəmlənmə müşahidə olunur”.
Araz Əlizadə qeyd edib ki, iqtisadi əsas olmadan devalvasiya yalnız bir halda baş verə bilər: “Bank sahiblərinin oyunu olsa, bu, ayrı məsələ. Ancaq unutmayaq ki, Azərbaycan dövləti və bu dövlətin prezidenti var. Başqa sözlə, prezident bu sahəyə ciddi diqqət və nəzarət edir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar