Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlılar ən çox hansı xəstəliklərdən ölürlər? -TOP 10

Tarix: 07-12-2018 12:07     Baxış: 3219 A- / A+
Azərbaycanlılar ən çox hansı xəstəliklərdən ölürlər? -TOP 10

Azərbaycandan insanlar ən çox nədən ölür? IHME ölkəmizdə ölümə səbəb olan 10 başlıca xəstəlikləri dərc edib.

Azərbaycanda 1990-2017-ci illər ərzində orta ömür 3 il artıb, 5 yaşdan aşağı uşaqlar arasında isə ölüm halları iki dəfədən çox azalıb. Bu statistik məlumatlar ABŞ-ın Vaşinqton Universiteti nəzdində ümumdünya səhiyyə sahəsində tədqiqatlar aparan IHME (Sağlamlıq Göstəricisi və Qiymətləndirilməsi İnstitutu) adlı qeyri-hökumət təşkilatının hesabatında təsbit olunub.

1990-ci illərin əvvəlindən etibarən bu yöndə müsbət dəyişikliklər olsa da, 2017-ci ildə kişi və qadın orta ömrü arasında kifayət qədər yüksək fərq ( təxminən 7,5 il) göz qarşısındadır.

İHME artıq uzun müddətdir ki, müxtəlif ölkələrdə “Qlobal Xəstəlik Yükü” adlı tədqiqatı əlaqələndirir. Tədqiqat layihəsi ayrı-ayrı ölkələrdə sağlamlığın itirilməsi ilə bağlı irimiqyaslı statistik araşdırmanın aparılmasına yönəlib. Tədqiqat təşkilatı insanların sağlamlıq səviyyəsi, o cümlədən orta ömür və ölüm hallarını ilə bağlı etibarlı rəqəmlər ortaya qoyur. Təşkilatın məlumatlarına görə, Azərbaycanda ölümə səbəb olan əsas 10 xəstəlikdən səkkizi qeyri-infeksion xəstəliklərin payına düşür.

Azərbaycanlıları üçün ən bəlalı xəstəliklər əvvəlki illərdə olduğu kimi ürəyin işemik xəstəlikləridir. Statistika nə qədər üzücü olsa da, xəstəlik son 10 il ərzində daha təhlükəli temp götürüb (26,8 faiz artım qeydə alınıb). Siyahıda ikinci yerdə insult gəlir (1,8 faiz artım qeydə alınıb). Geridə qoyduğumuz 10 il ərzində sirroz və böyrəklə bağlı digər xəstəliklər beşinci yerdən üçüncü yerə yüksəlib (13,3 faiz artım qeydə alınıb). Ölümə səbəb olan xəstəliklərin onluğunda aşağı tənəffüs yollarının xəstəlikləri, Alzheymer sindromu, neonatal pozuntular, ağciyərlərin xroniki obstruktiv xəstəlikləri, ağciyər xərçəngi, şəkərli diabet və mədə xərçəngi də yer alır.

Təqdim olunmuş məlumatlara əsasən, aşağı tənəffüs yollarının xəstəlikləri (17,4 faizlik azalma qeydə alınıb; üçüncü yerdən dördüncüyə düşüb) və neonatal pozuntular (23 faizlik azalma qeydə alınıb, dördüncü yerdən altıncı yerə tənəzzül edib) əvvəlki illərlə müqayisədə daha az can alır. Ağciyərin xroniki obstruktiv xəstəlikləri altıncı yerdən, yeddinci yerə enib (21, 5 % azalma), mədə xərçəngi səkkizinci yerdən onuncu yerə düşüb (20, 6 faiz azalma). Şəkərli diabet doqquzuncu yerdə qalıb (27,5 faizlik artım qeydə alınsa belə).

Digər tərəfdən Alzheymer daha çox ölüm hallarına bais olmağa başlayıb. Son 10 il ərzində yeddinci yerdən beşinci yerə yüksəlib, 59,4 faiz artım qeydə alınıb). Eyni sözləri ağciyər xərçənginə də şamil etmək olar: 55,7 faiz artımla 10-cu yerdən səkkizinci pilləyə yüksəlib.

IHME statistikasına görə Azərbaycanda ölümə səbəb olan xəstəliklərin “top” onluğunu təqdim edirik:

1. Ürəyin işemik xəstəlikləri

2. İnsult

3. Sirroz və digər xroniki böyrək xəstəlikləri

4. Aşağı tənəffüs yollarının infeksiyası

5. Alzheymer xəstəliyi

6. Neonatal pozuntular

7. Xroniki obstruktiv ağciyər xəstəlikləri

8. Ağciyər xərçəngi

9. Şəkərli diabet

10. Mədə xərçəngi


İlk altı pillədə o qədər də nəzərəçarpan dəyişiklik olmasa da, ağciyər xərçəngindən ölüm hallarının artımı narahatlıq doğurur. Belə ki, 10 il ərzində 54.7 faiz artımla onuncu pillədən yeddinci piləyə yüksəlib). Digər tərəfdən vərəm daha az can almağa başlayıb: yeddinci yerdən 12-ci yerə düşüb (30,2 faizlik geriləmə qeydə alınıb).

Mütəxəssislər qeyd edir ki, fəaliyyət qabiliyyətinin itirilməsi başlıca olaraq bel ağrıları (26,8 artım), baş ağrıları (15,7 faiz artım), şəkərli diabet (36,4 faiz artım), yıxılma (47,2 faiz artım), depressiv pozuntular (20,9 faiz artım), yaşla əlaqədar eşitmə qabiliyyətinin itirilməsi (27,5 faiz), dəmirdefisitli anemiya ( 12,3 faizlik eniş), korluq və görmə qabiliyyətinin pisləşməsi (23,8 faiz artım), boyun ağrıları (26,7 faiz artım) və neonatal pozuntularla (16,1 faiz artım) əlaqədar olub.

Tədqiqatlar göstərir ki, Azərbaycanda ölüm və fəaliyyət qabiliyyətinin itirilməsi qismən davranış faktorları o cümlədən, diyetik risklər, siqaret çəkmə, natamam qidalanma və spirtli içkilərin qəbulu ilə bağlıdır.

Bundan savayı Azərbaycanda ölüm riskini artıran digər əsas faktorlar kimi, metabolik faktorlar, o cümlədən yüksək arterial təzyiq, izafi qlükoza səviyyəsi, artıq çəki, yüksək xolesterin miqdar və böyrək funksiyalarının pozulması göstərilib.

Risk faktorlarının ilk onluğu olduğu kimi qalsa da, natamam qidalanma faktoru 2-ci yerdən 6-cı yerə enib (25 faiz azalma qeydə alınıb.)

10 il əvvəl olduğu kimi, ən təhlükəli risk faktorları diyetik risklər hesab olunur ; 14,9 faiz artım qeydə alınıb (birinci yer). Erkən ölüm və fəaliyyət qabiliyyətinin itirilməsinə təsir edən risk faktorlarının onluğuna 2017-ci ildə yüksək sistolik arterial təzyiq (17,2 faiz), yüksək qlükoza səviyyəsi (24,3 faiz), siqaret çəkmə (22,6 faiz), artıq çəki (yüksək bədən kütləsi indeksi , 40,7 faiz artım), natamam qidalanma (25 faiz azalma), yüksək xolesterin miqdarı (aşağı qalınlıqlı lipoprotein səviyyəsinin yüksək olması, 25,6 faiz artım), havanın çirklənməsi (3,1 faiz azalma), spirtli içki qəbulu (1,7 faiz azalma) və böyrək funksiyalarının pozulması (onluğu tamamlayır, 14,9 faiz artım) daxildir.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar