Xəbər lenti
Məşhur şirkətlər plastik qabdan imtina etdi - Siyahı
Dünya artıq plastik qablardan imtina mərhələsindədir. Qonşu Gürcüstan, Türkiyə və başqa ölkələr bununla bağlı layihələr hazırlayır. Hətta Azərbaycanda da Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşların plastikdən, sellofan paketlərdən istifadəsini azaltmaq üçün tədbirlər görür, ekoloji cəhətdən daha təmiz və sərfəli paketlərin istehsalına başlayıb.
Manevr.az xəbər verir ki, dünyaca məşhur geyim və kosmetik vasitələr istehsal edən şirkətlər də plastikdən birdəfəlik imtina üçün tədbirlər görürlər. Hətta sözügedən şirkətlər bunun üçün müvafiq razılaşma da imzalayıblar.
Razılaşmaya daha çox plastik istehsal edən şirkətlər imza atıblar (dünya istehsalının təxminən 20% -i).
İmzalanan sənəddə bunlar təklif edilir:
- istənilən sahədə materialın istifadəsini minimuma endirmək,
- plastik tullantıları aradan qaldırmaq,
- onlarla ətraf mühitinin çirklənməsinin qarşısını almaq,
- birdəfəlik plastik qablardan imtina etmək,
- bu materialı təkrar emal etmək üçün innovativ metodlar tətbiq etmək,
- Mövcud plastikdən mümkün qədər uzun müddət istifadə “etmək.”
Razılaşma artıq bir neçə brend tərəfindən imzalanıb. Razılaşmaya imza atanlar arasında “Burberry”, “H&M”, “Stella McCartney”, “L’Oreal”, “Unilever”, “Target” şəbəkəsi, “Selfridges”, “Inditex” korporasiyasına daxil olan “Zara”, “Berşka”, “Massimo” və “Dutti” də var./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar