Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xanım məşhurlardan saçı qırxılan gəlinin videosuna reaksiya: “Axı, qadının da tələbatları…”

Tarix: 06-12-2018 21:52     Baxış: 4425 A- / A+
Xanım məşhurlardan saçı qırxılan gəlinin videosuna reaksiya: “Axı, qadının da tələbatları…”

Neçə gündür əri tərəfindən saçı qırxılan, döyülüb işgəncə verilən qadınla bağlı müxtəlif fikirlər deyilir, müzakirələr aparılır.

Manevr.az
xəbər verir ki, hadisə ilə bağlı teleqraf.com cəmiyyətdə müəyyən mövqeyi olan qadınların rəyini öyrənib.

“Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı hadisənin təfərrüatından xəbərsiz olduğunu deyib: “Nə baş verdiyini detallarına qədər bilmirəm, bəlkə hansı səviyyədəsə qadın da günahkardır, amma ibtidai icma quruluşuna aid üsulu bu günə tətbiq eləmək cahillikdir. İkincisi, o qadın həmin kişinin övladının anasıdır, bu hərəkəti ona necə yaraşdırır?

Ümumiyyətlə, qadına qarşı zorakılıq, qadına əl qaldırmaq, ona şiddət göstərmək qarşı tərəfin cahilliyindən xəbər verir. Kişilik meyarı bu deyil”.

Zorakılıq faktını böyük narazılıqla qarşılayan Tənzilə Rüstəmxanlının fikrincə, mənsub olduğumuz cəmiyyətin böyük qismi oxumalı, maariflənməlidir, oxumayan toplum gerilik bataqlığında qalır: “Bu səbəbdən belə hadisələr yaşanır. Soruşan gərəkdir, bu nə davranışdır, kim sənə icazə verib qadını bu vəziyyətə salıb sosial mediada yayımlayırsan?

Cəmiyyətimiz buna qınaqla yanaşmalıdır. Bu tendensiya ənənə halına gələ bilər. Belə halların qarşısı alınmalı və onu törədən adam haqqında hüquqi çərçivədə ölçü götürülməlidir”.

Jurnalist Jalə Mütəllimovanın fikrincə, heç bir halda qadınla əl-qolla danışmaq, zorakılıq göstərmək olmaz: “İstər qadın, istər kişi olsun, fiziki güc tətbiqi onu edənin özünün psixoloji vəziyyətindən xəbər verir.

Qadını döyəsən, bədəninə dağ basasan, saçlarını qırxasan – buna necə normal yanaşmaq olar?
Birincisi, qadının üzünü, ikincisi, bədənini tirajlayırlar. Bu, qadına qarşı ən alçaldıcı hərəkətdir. Bunu təkcə problem yaşayan ailələr yox, gənclər də, internetə çıxışı olan uşaqlar da görür. İnsanın ruhu ilə, beyni ilə bu dərəcədə sərt oynamağa ehtiyac yoxdur.

Arvad Azərbaycanda qalıb, kişi özü Rusiyaya işləməyə gedib. Bu nə dərəcədə düzdür? Bəs qadının duyğuları, həyatı yoxdurmu? Onun geyim, yemək tələbatını kim ödəməlidir? Özünə ər deyən adam vəzifələrini düşünər, sonra gedər hansısa qadını alçaldaraq təqibə məruz qoyar…

Həyat yoldaşınla anlaşa bilmirsənsə, sivil variant var, get boşan. Əgər qadın ərinə xəyanət edibsə, mütləq onun səbəbləri var. Mənim həmişə bir fikrim olub, əqidəli və əxlaqlı kişilərin xəyanətkar və pozğun qadınları olmur”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, belə hadisələr cəmiyyətə son dərəcə neqativ mesajlar ötürür: “Mən kiminsə şəxsi həyatı ilə bağlı mənfi yüklü hadisəni dəstəkləyə bilmərəm, bu mənim normalarıma ziddir. Baxaq görək axıra qədər araşdırma aparılacaqmı, qadın sonacan öz haqqını müdafiə edəcəkmi? Hər bir tərəfin öz arqumenti ola bilər. Bu arqumentləri mətbuat, yaxud hüquq-mühafizə orqanları araşdıra bilər.

Hüquq müdafiəçisi kimi mənim işim odur ki, zorakılıq baş veribsə, hüquq-mühafizə orqanlarının buna reaksiyasına nail olum. Bəzən hüquq müdafiəçisinin üzərinə elə yük qoyurlar ki… Ailə münasibətində xəyanət olursa, kişi və ya qadın, deyir, mənə dəstək ver. Niyə kimisə dəstəkləməliyəm, bu mənim missiyam deyil axı…

Əgər həmin şəxs təhlükədə olsaydı və bununla bağlı mənə müraciət etsəydi, onun təhlükəsizliyini qorumağı birbaşa boynuma götürə bilərdim. Göründüyü kimi, hər hansı təhlükə barədə mənə müraciət olmadığına görə bu mənim missiyama aid sayıla bilməz.

Bizim sığınacaqda qalanlar yaxşı bilirlər ki, şəxsin əməllərinə heç vaxt bəraət qazandırmamışam. Kimisə zorakılıqdan qorumaq lazımdırsa, qorumuşam ki, cinayət baş verməsin. Heç bir qadına deməmişəm ki, ailə içində anormal münasibətlərdə yaşa və mən sənə dəstək göstərəcəyəm”.

Yazar Aysel Əlizadənin məsələyə münasibəti belə olub: “Biri çıxıb deyir ki, ər çörəyi yeyən qadın döyülməldir. Yəni maddi asılılığın varsa, o səni döyə bilər. Halbuki məşhur Türkiyə müğənnisi Sılanı da əri döymüşdü, onun ki maddi asılılığı yox idi. Sözsüz ki, bu tip zorakılqılarda maddi asılılığın da önəmi var, sərbəst qadın özünü daha yaxşı müdafiə edir.

Amma bir çox qadın evi də saxlayır, ailəyə qazanc da gətirir, ailənin yükü onun üstündə olur, ər yenə onu incidir”.

Yazar deyib ki, ailədə zorakılıqla üzləşməyib, amma qonşuda bunun şahidi olub: “Üstündən 25 il keçib, amma bu mənim yaddaşımda zədə kimi qalıb, görün indi ailənin uşaqlarında necə travma yaradıb.

Bu hadisələrdə bəzən iqtisadi faktor heç bir rol oynamır. Burda əxlaq, tərbiyə, kişinin mənsub olduğu genetika, onları böyüdən qadından çox şey asılı olur. Mən əminəm ki, qadına münasibətdə daha tolerant və tərbiyəli davranan kişilərin çoxuna o tərbiyəni anası verib. Özü döyülən anaların oğulları da həyat yoldaşları ilə o cür davranır.

Bunu mən təcrübəmdə, yazıcı müşahidələrimdə də görmüşəm. Oğul evdə psixoloji, fiziki terrorla məşğuldur, qadınla bağlı xoşagəlməz fikirləri, qeyri-adekvat davranışları var, bilmir ki, qadın nə deməkdir… Bu adam qadına normal münasibət görməyib və bunu ona öyrətməyiblər.

Boşanma mədəniyyəti dünyada qadın-kişi münasibətlərini pis hadisələrdən xilas edən üsullardan biridir. Toplumlar boşanma yolunu tapıb və onu bu gün də tətbiq edir. Hüquq isə bunu nəzarət altında tənzimləyir”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar