Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı əsir və girovlarla bağlı məlumat Mərkəzi açıqlama yaydı

Tarix: 06-12-2018 16:00     Baxış: 3199 A- / A+
Azərbaycanlı əsir və girovlarla bağlı məlumat Mərkəzi açıqlama yaydı

Azərbaycan tərəfinin hər iki tərəfdə saxlanılan şəxslərin “hamının hamıya” prinsipi ilə azad edilməsi təklifi ilə bağlı Ermənistanın kütləvi informasiya vasitələrində müxtəlif fikirlər səsləndirilir.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycanlı əsir və girovlarla bağlı məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov bildirib ki, qarşı tərəf öz ata-baba yurdlarını və doğmalarının məzarlarını ziyarət edərkən Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş və qeyri-qanuni məhkəmənin “hökmü” ilə azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevi hər vəchlə “cinayətkar”, Azərbaycanın beynəlxalq hüquqla tanınmış dövlət sərhədini pozaraq təxribat əməlləri törətmiş Ermənistan hərbçilərini isə mülki şəxs kimi təqdim edir: “Bu, beynəlxalq hüquq normalarına, xüsusən də Cenevrə Konvensiyalarına və onun əlavə protokollarına hörmətsizliyin ifadəsi olmaqla yanaşı, eyni zamanda beynəlxalq ictimaiyyəti yanlış məlumatlandırmaq cəhdidir. İndi də ermənilər təxribat törətmək məqsədilə Azərbaycan ərazisinə göndərilmiş və burada saxlanılmış Ermənistan hərbçisinin ailəsinin hakimiyyətdən onun azad edilməsi tələbinə cavab olaraq, eyni zamanda daxili ictimai rəyi sakitləşdirmək məqsədilə Elnur Hüseynzadəni azad etməyə hazır olduqlarını və Azərbaycan tərəfinin humanist addım atacağını gözlədiklərini bildirirlər. Əslində, bu təklif 15 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində saxlanılmış Ermənistan Respublikasının kəşfiyyat-diversiya qrupunun üzvü Karen Kazaryanın azad edilməsinə hesablanmışdır. Necə olur ki, heç bir dövlət və beynəlxalq qurum tərəfindən tanınmamış separatçı rejimin “yetkililəri” Ermənistan Respublikasının vətəndaşlarının azad edilməsi ilə bağlı fikirlər səsləndirirlər. Bu, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın dediyi kimi, Ermənistanın daxili işlərinə qarışmaq deyilmi?!”

Əhməd Şahidovun sözlərinə görə, əgər humanist addımın atılması zəruridirsə, fikrimizcə, bu, hər iki tərəfdə saxlanılan əsir və girovların hamısını əhatə etməlidir. Başqa sözlə, əsir-girovlar “hamının-hamıya” prinsipi ilə azad edilməlidir: “Məlumdur ki, Azərbaycanın səlahiyyətli dövlət qurumu bu təklifi irəli sürən tərəf kimi mövqeyini dəyişməyəcəyini artıq bəyan edib. Biz də Azərbaycanın rəsmi mövqeyini dəstəkləyir və bu məsələdə ölkəmizin ictimai rəyinin nəzərə alınacağına əmin olduğumuzu bir daha ifadə edirik. Həmçinin, razılaşmanın əldə edilməsi üçün danışıqlar həmişə olduğu kimi, beynəlxalq təşkilatların vasitəçiliyi ilə yalnız Ermənistanın aidiyyəti dövlət qurumları ilə davam etdirilməlidir.”minval.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar