Xəbər lenti
Uşaq ikən uşaq doğan analar...
Azərbaycanda yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqların sayı azalsa da, bu say yenə də 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində olan göstəricilərdən yüksəkdir.
Manevr.az trend-ə istinadən xəbər verir ki, ötən il ərzində 18 yaşadək olan analar tərəfindən 2421 uşaq doğulub. 2016-cı ildə bu göstərici 2 809, 2015-ci ildə 2 895, 2014-cü ildə 3 296 uşaq olub.
Son 23 il ərzində Azərbaycanda 18 yaşadək analar tərəfindən ən çox uşaq 2011-ci ildə doğulub. Həmin ildə 4 392 yenidoğulmuşun anası yaşı 18-dək olan qadınlar olub. 18 yaşadək analar tərəfindən ən az uşağın doğulduğu il isə 2001-ci il olub ki, həmin ildə 1774 uşaq bu yaşda olan qadınlar tərəfindən dünyaya gətirilib.
Ümumilikdə götürdükdə ötən il 18 yaşadək olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı azalsa da, bu say 1995-ci ildən 2005-ci ilədək olan müddətdə (hər il) doğulan uşaqların sayından yüksək olub. Belə ki, 1995-ci ildə ölkədə 2 198, 2000-ci ildə 1 864, 2001-ci ildə 1 774, 2002-ci ildə 1 903, 2003-cü ildə 1 962, 2004-cü ildə 2 276 uşaq yaşı 18-dək olan analar tərəfindən dünyaya gətirilib.
Yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqlar daha çox kənd yerlərinin payına düşür. Yalnız 2017-ci ildə 18 yaşadək olan analar tərəfindən 2 421 uşağın 740-ı şəhər, 1 681-i kənd yerlərində dünyaya göz açıb.
Qeyd edək ki, rəsmi məlumatlara əsasən, 2012-ci ildən Azərbaycanda 18 yaşadək nikaha daxil olanların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Bu azalmanın əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaşın müəyyən olunması ilə izah edilir. 1995-ci ildə Azərbaycanda 4030 qız rəsmi olaraq, kəbin bağlasa da, 2012-ci ildə bu rəqəm 295, 2013-cü ildə 229, 2014-cü ildə 479, 2015-ci ildə 388, 2016-cı ildə 312, 2017-ci ildə 317 olub.
Xatırladaq ki, Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq, yaşı 18-dək olan hər bir insan uşaq sayılır.
Azərbaycanda qadın və kişilər üçün nikah yaşı 18 olsa da, bəzi üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar