Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Bu, məni çox sarsıtdı” – Şöbə müdirindən plagiat olayına reaksiya

Tarix: 05-12-2018 22:30     Baxış: 4225 A- / A+
“Bu, məni çox sarsıtdı” – Şöbə müdirindən plagiat olayına reaksiya

“Təəssüf ki, plagiat faktı ortadadır. Məsələni daha dərindən araşdırmağı düşünürəm. Bu, mövcud qanunvericiliklə tənzimlənməlidir. Yəqin ki, mövzu barədə müvafiq addımlar atılacaq. Fakt ortada varsa, ona hüquqi qiymət verilməlidir”


Manevr.az
bildirir ki, bu sözləri azedu.az-a açıqlaması zamanı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru İdris Abbasov deyib. Onun sözlərinə görə, görünən kəndə bələdçi lazım deyil:

“Hər şey ortadadır. Çox təəssüf edirəm və belə halı heç kimə arzulamazdım. Təəssüf ki, plagiat faktı var. Məsələni daha dərindən araşdırmağı düşünürəm. Bu, mövcud qanunvericiliklə tənzimlənməlidir. Yəqin ki, bu barədə müvafiq addımlar atılacaq. Fakt ortada varsa, ona hüquqi qiymət verilməlidir. Plagiatlığın özü pis davranış, pis əməldir. Bütövlükdə plagiatlıq elmi geriyə aparır. Bu hadisə ən azı ictimaiyyət tərəfindən qınanmalıdır”.

İdris Abbasov jurnalistin faktı ortaya çıxarmasına da münasibət bildirib:

“Bunu araşdırıb ortaya çıxaran jurnalist olub. Jurnalistin alimin işini araşdırıb ortaya qoymasının özü kiçik məsələ deyil. Bu çox mətləblərdən xəbər verir. Eyni zamanda, ona əsas verir ki, biz işlərimizə tənqidi yanaşmağı bacaraq.

Alim olaraq ancaq işləyib, heç kimi aldatmadan təmiz, elmi iş ortaya qoymalıyıq. Aldatmağın özü də xəyanətdir.Bunun qarşısı alınmazsa, elmin inkişafından söhbət gedə bilməz.

Hazırda gənc alimlərimiz yetişir. Plagiatla məşğul olmaq və bunla bağlı heç bir işin görülməməsi gənc nəsildə ümidsizlik yaradır və rəqabət mühitini tamamilə məhv edir. Yaxşı elmi işlə, pis elmi işi bir-birindən fərqləndirmək lazımdır. Yoxsa elmimizin gələcəyi olmaz və uçuruma doğru gedərik.

Bu hadisə məni çox sarsıtdı. Faktı araşdıran jurnalistə təşəkkür edə bilərəm. Onları təhdid yox, təşviq etmək lazımdır ki, bu işləri davam etdirsinlər”.

Xatırladaq ki, dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın yeni nəşr etdirdiyi “İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat olması ortaya çıxıb. Sözügedən institutun “Terminologiya” şöbəsinin müdiri Sayalı Sadıqova və onun başçılıq etdiyi elmi işçilər M.İ. Adilov, Z.N. Verdiyeva və F.M. Ağayevanın birlikdə tərtib etdikləri “İzahlı dilçilik terminləri” və F. Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış “Dilçilik ensiklopedaiyası”ndan köçürdükləri barədə xəbərlər yayılıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar