Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Televiziyalardakı pozuntular açıqlandı

Tarix: 05-12-2018 12:21     Baxış: 3232 A- / A+
Televiziyalardakı pozuntular açıqlandı

Azərbaycanda teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələri açıqlanıb.


Manevr.az
trend-ə istinadən xəbər verir ki, bununla bağlı keçirilən konfransda bildirilib ki, milli telekanallarda (Bakıdan yayımlanan 6 adda TV - İctimai TV, ATV, Space TV, Lider TV, Xəzər TV, ARB TV və 12 adda yayımlanan (İctimai radio, Azad Azərbaycan, Antenn, 105.5 FM, Jazz FM, Space, Xəzər, Media FM, ARAZ FM, Avto FM, ASAN) radio verilişlərinin dili monitorinqə cəlb olunub. Yayımlanan verilişlər mövzu istiqamətinə görə təhlil edilib. Ədəbi dil normaları dilin bütün səviyyələri üzrə - istər fonetik, istər leksik, istər qrammatik, istərsə də üslubi səviyyədə pozulur.

Monitorinq nəticəsində qeydə alınan 4 633 faktdan 2 765-i fonetik, 511-i leksik, 684-ü üslubi səviyyədə norma pozuntusunun göstəricisidir. Televiziya verilişlərinin monitorinqi zamanı 3 120 (o cümlədən 564-ü xəbər, 2 554-ü qeyri-xəbər olmaqla) norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 1 695-i fonetik, 370-i leksik, 492-si qrammatik, 563-ü üslubi səviyyəyə aiddir. Radioların dilinin monitorinqi zamanı 1 017 (o cümlədən 219-u xəbər, 796-sı qeyri-xəbər olmaqla) norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 692-si fonetik, 102-si leksik, 144-ü qrammatik, 79-u üslubi səviyyəyə aiddir. TV reklamlarının monitorinqi zamanı 108 norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 68-i fonetik, 21-i leksik, 15-i qrammatik, 4-ü üslubi səviyyəyə aiddir.

Dublyaj filmlərinin və verilişlərinin monitorinqi zamanı 388 (o cümlədən 195-i bədii, 106-i cizgi, 81-i sənədli filmlər, 6-sı veriliş) norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 310-u fonetik, 18-i leksik, 33-ü qrammatik, 27-si üslubi səviyyəyə aiddir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar