Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirlik vətəndaşları "Whatsapp"da yayılan məlumatı açmamağa çağırıb - XƏBƏRDARLIQ

Tarix: 04-12-2018 19:42     Baxış: 3312 A- / A+
Nazirlik vətəndaşları "Whatsapp"da yayılan məlumatı açmamağa çağırıb - XƏBƏRDARLIQ

"Dünən axşamdan Whatsapp vasitəsilə yayılan mesajda 1990-cı ildən 2018-ci ilədək işləmiş insanların Dövlət Sosial Müdafiə Fondu tərəfindən 3405 manat mənfəət əldə etmək hüququna malik olması barədə dezinformasiya yayılıb. Bu məlumatın məqsədi cəmiyyəti çaşdırmağa yönəlib. Mesajda vətəndaşlar qondarma linkə daxil olmağa həvəsləndirilir".


Manevr.az
xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.
F. Talıblı deyib ki, Nazirlik vətəndaşları diqqətli olmağa və həmin mesaja məhəl qoymamağa, oradakı məlumata inanmamağa və göstərilən linkə daxil olmamağa çağırır: "Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən bununla bağlı aparılmış araşdırmanın nəticələri artıq məlumdur".

Mərkəzin məlumatında deyilir: "Azərbaycan vətəndaşlarına qarşı http://mobiltechnics.com/sspf-az/ keçidi vasitəsi ilə hədəflənmiş “phishing” hücumu aşkar edilib. Belə ki, hücum üçün istifadə olunan keçiddə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi veb-saytının ekran görüntüsü yerləşdirilməklə sayta daxil olmuş istifadəçilər aldadılır. Adı çəkilən resursda nazirliyinin rəsmi veb-saytının saxta versiyası yerləşdirilməklə vətəndaşlara Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1990-cu ildən 2018-ci ilə qədər işləyən işçilərin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən 3405 manat məbləğində mənfəət əldə etmək hüququna malik olduqları qeyd olunub. Həmin mənfəətin əldə edilməsi üçün vətəndaş saytdakı bir neçə suala cavab verməli daha sonra isə adının müavinət almaq hüququ olan şəxslərin siyahısında olub olmadığını yoxlamalıdır. Həmin saytda yerləşdirilmiş suallara cavab verdikdən sonra sorğu nəticəsində vətəndaşa ödənəcək pulun həyata keçməsi üçün müvafiq düyməyə klik etməklə WhatsApp vasitəsilə paylaşması tələbi qoyulur. Vətəndaş həmin düyməyə klik etməklə WhatsApp hesabındakı əlaqələrə əvvəlcədən müəyyən edilmiş mətn və sayta keçid məlumatları digər şəxslərə göndərilir.

Paralel olaraq, müxtəlif reklam məzmunlu səhifələr açılır, bu da ki vətəndaşların telefonlarına virus düşməsi, eləcə də müxtəlif SMS xidmətlərinə avtomatik abunə olmasına gətirib çıxarır. Qeyd edək ki, mobiltechnics.com saytı 10 oktyabr 2018-ci il tarixində yaradılmış, “mobusi.com” texnoloji media şirkətinin reklam məzmunlarının yayımı ilə məşğul olmaqla gəlir əldə etməkdədir. Vətəndaşlardan xahiş olunur ki, internet fırıldaqçılarının toruna düşməmək üçün bu tip cəlbedici vədlər verən saytlarda qeyd olunan xidmət və təkliflərə aldanmasınlar"./yeniavaz



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar