Xəbər lenti
Bir dəfə gecə vaxtı nazirə zəng vurmuşdum... - DEPUTAT
Yaxın 2-3 gün ərzində qanun layihəsi ilə bağlı yenidən toplaşacağıq.
Bu haqda Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən "Ümumi təhsil haqqında" qanun layihəsinin müzakirəsinin sonunda adıçəkilən komitənin sədri İsa Həbibbəyli deyib.
O qeyd edib ki, qanun layihəsinin təkmilləşdirilməsi ilə bağlı yenidən Təhsil Nazirliyinin mütəxəssisləri ilə bir araya gəlinəcək:
"Mən özüm bu barədə xəbər edəcəm və ondan sonra bir araya gələcəyik. Hesab edirəm ki, bu sənəd təhsillə bağlı yüksək - ali dövlət sənədidir və burada emosiyalara yol vermək olmaz. Hər bir məsələ soyuqqanlılıqla ölçülüb-biçilməlidir. Mən qanun layihəsinin hazırlanmasına böyük diqqət ayırdığı üçün nazir Ceyhun Bayramova öz minnətdarlığını bildirirəm.
Biz onunla dəfələrlə bu məsələni müzakirə etmişik. Elə olub ki, bununla bağlı bir saat telefonda danışmışıq. Bir dəfə hətta gecə vaxtı nazirə zəng vurmuşdum, xeyli müzakirə aparmışdıq. Ona görə hesab edirəm ki, bu, çox vacib qanundur və Azərbaycan təhsilinin inkişafında çox böyük rol oynayacaq". oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar