Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Səkkiz yaşlı qız Bakıda məhkəmədə ağladı - Ağzımı tutdu ki, qışqırmayım

Tarix: 04-12-2018 15:46     Baxış: 3199 A- / A+
Səkkiz yaşlı qız Bakıda məhkəmədə ağladı - Ağzımı tutdu ki, qışqırmayım

Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Osman Ziyadovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən O.Ziyadov özünü təqsirli bilmədiyini deyib.

Sonra zərərçəkmiş şəxs qismində səkkiz yaşlı Fidan Qəhrəmanova (ad-soyad şərtidir) ifadə verib. O deyib ki, O.Ziyadovun bacısı ona dayəlik edib:

"Anam xaricə gedib-gəlirdi, ona görə mənə dayə tutmuşdular. Arada dayəm məni öz evlərinə aparırdı. Biz hamımız bir otaqda qalırdıq. Dayəmin qardaşı Osman dəfələrlə mənə təcavüz edib. Axşam yatanda bunu təkrar edirdi, əli ilə ağzımı tuturdu ki, qışqırmayım”.

Səkkiz yaşlı qız bunları danışarkən məhkəmədə ağlayıb.

Prosesdə fasilə yaranıb.

Bundan sonra şahidlər və F.Qəhrəmanovanın anası ifadə verib.

Qeyd edək ki, O.Ziyadova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi açılıb və o, həbs edilib.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar