Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda elə bir cihaz ixtira edildi ki....

Tarix: 03-12-2018 14:00     Baxış: 2177 A- / A+
Azərbaycanda elə bir cihaz ixtira edildi ki....


Cihaz işığı yandırıb, söndürəcək, jalyüzü açıb, bağlayacaq, səs-küy salacaq


Azərbaycan Texniki Universitetinin (ATU) yaradıcılıq laboratoriyasında sahibi evdə olmayarkən boş qalan mənzildə yaşayış təəssüratı yaradan cihaz istehsal edilib. İstiPress-in məlumatına görə, bunu "trend"ə universitetin müəllimi Rəhim Əliyev deyib.

Belə cihazın ölkədə ilk dəfə istehsal olunduğunu deyən R.Əliyevin sözlərinə görə, proqramlaşdırılan taymer hərbi sahədən məişətə qədər bütün sahələrdə istifadə edilə bilər:

"Bu cihaz proqramlaşdırılmış sistemlə işləyir. Məsələn, əgər siz evdə deyilsinizsə və müəyyən müddətə səfərə getmisinizsə, arxayın olmaq üçün evdə bu cihazı qoşa bilərsiniz. Cihaz işığı yandırıb, söndürəcək, jalyüzü açıb, bağlayacaq, səs-küy salacaq və nəticədə də belə bir təəssürat yaranacaq ki, evdə kimsə var".

Belə cihazların Azərbaycanda istehsalını təklif edən R.Əliyev onu da əlavə edib ki, ATU-nun yaradıcılıq laboratoriyasında istifadəsiz qalan maşınların akkumulyatorunun sönməməsi üçün istifadə edilən cihaz da istehsal edilib.

Mütəxəssisin sözlərinə görə, stabil gərginlik və yaxud cərəyan mənbəyi olan cihaz istifadəsiz qalan maşınların akkumulyatorlarının sönməsinə imkan vermir: "Maşın işə salınmasa, onun akkumulyatoru sıradan çıxır və maşın hərəkət edə bilmir. Bu cihaz akkumulyatora qoşulduqda isə o, həmişə işlək vəziyyətdə olur. Bu halda akkumulyatorun sönməməsi üçün maşının ara-sıra sürülməsinə də ehtiyac olmur. Hesab edirəm ki, belə bir cihaz avtomobili olan hər bir şəxsə lazımdır".

R.Əliyev qeyd edib ki, stabil gərginlik cihazı maşının akkumulyatoruna qoşulu qalaraq daim işləyə bilər.

Alim hesab edir ki, Azərbaycan bu layihələri sənayeləşdirə və ölkədə həmin cihazların kütləvi istehsalına nail ola bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar