Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Universitetlərin hazırlıq qruplarındakı oğlanlar əsgərliyə gedəcək? - Qanunvericilikdə boşluq var

Tarix: 03-12-2018 06:54     Baxış: 3220 A- / A+
Universitetlərin hazırlıq qruplarındakı oğlanlar əsgərliyə gedəcək? - Qanunvericilikdə boşluq var

Oğlan abituriyentlərin ali təhsil müəssisələrinin hazırlıq qruplarında oxumasına şərait yaradılması üçün qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyac var.


Manevr.az
bildirir ki, bu, bakupost-un Nazirlər Kabineti 26 noyabr qərarı ilə təsdiq edilən "Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası” ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) ünvanladığı sorğuya cavab zamanı üzə çıxıb.

Qeyd edək ki, Nazirlər Kabineti 26 noyabr qərarı ilə "Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası”nı təsdiq edib. Qaydaya əsasən Ali təhsil müəssisələrinin hazırlıq qruplarında 2 semestr ərzində oxuyacaq abituriyentlər barədə məlumatlar "Tələbə-Məzun” dövlət elektron məlumat sisteminə daxil ediləcək. Hazırlıq qruplarında tədrisin sonunda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Qaydalarda nəzərdə tutulmuş qəbul imtahanlarına uyğun olaraq buraxılış imtahanları keçiriləcək və buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar.

Layihənin hazırlanmasında iştirak etmiş Təhsil üzrə ekspert Kamran Əsədov BakuPost-a açıqlamasında bildirmişdi ki, hazırlıq qruplarında oxuyacaq və adları "Tələbə-Məzun” dövlət elektron məlumat sisteminə daxil ediləcək oğlan abituriyentlərə avtomatik 1 il hərbi xidmətdən möhlət hüququ veriləcək.
Universitetlərin hazırlıq qruplarındakı oğlanlar əsgərliyə gedəcək? - Qanunvericilikdə boşluq var

Məsələn, bu halda 2019-cu il oktyabrın 1-də hazırlıq qrupunda dərslərə başlayan şəxs ali məktəbə qəbul olmasa, yalnız 2020-ci ilin oktyabrında hərbi xidmətə gedəcək. Ancaq eyni şəxsə hərbi xidmətdən yayınmaq üçün növbəti il də ali məktəbə qəbul olmayan zaman hazırlıq qrupunda oxumaq şansı verilməyəcək. Hazırlıq qrupundan sonra ali məktəbə qəbul olan oğlanlara isə qanunvericiliyə uyğun yenə hərbi xidmət möhlət hüququ qazanacaqlar.

DİM isə BakuPost-un sorğusuna cavab olaraq bildirib ki, bu məsələ hələ qanunvericilikdə hələ əksini tapmayıb: "Bu məsələnin həlli Dövlət İmtahan Mərkəzinin səlahiyyətlərinə aid deyil”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibləyli də BakuPosta açıqlamasında bildirib ki, ali məktəblərin hazırlıq qruplarında oxuyacaq oğlan abituriyentlərlə bağlı məsələ əksini tapmayıb: "Qanunvericilikdə bu məsələ ilə ayrıca maddə yoxdur. Bu barədə müvafiq icra orqanları məsələ qaldıra bilər”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar