Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Uşaqlarımızı öldürən təhlükə - O hər yerdədir, hətta evimizdə...

Tarix: 02-12-2018 19:28     Baxış: 2267 A- / A+
Uşaqlarımızı öldürən təhlükə - O hər yerdədir, hətta evimizdə...

Övladlarımızı nə dərəcədə qoruya bilirik? Heç bu haqda düşünmüşünüz?

ABŞ-ın məşhur professorlarından olan Nikolas Kardaras son illər dünyanı narahat edən əsas problemlərdən birinə toxunub. “Parlayan uşaqlar - ekran bağlılığı uşaqlarımızı bizdən alır” adlı kitabında müəllif bir sıra sensasiyalı faktların üstünü açıb.

Manevr.az
publika.az-a istinadən xəbər verir ki, Professor Kardaras smartfonları rəqəmsal heroin adlandırır. Qeyd edir ki, telefonlara bağlılıq övladlarımızı psixikası pozulmuş narkomanlara çevirir.

Kitabda bir sıra valideynlərin təcrübəsi cəmlənib. “Süzanna adlı ana danışır ki, 6 yaşlı oğluma ipad aldım. Məktəbdə fantaziyasını gücləndirməsi məqsədilə bir sıra internet oyunları tövsiyə etdilər. İlk günlər oğlumun uğurlarına sevinirdim. Sonra gördüm ki, növbəti mərhələyə keçmək üçün virtual şəkildə heyvanları öldürməli, hansı yolla olursa-olsun qidalanmalıdır. Artıq iş işdən keçmişdi. Uşağım günbəgün daha çox aqressivləşirdi. İpad-i əlindən almaq istəyəndə də, ağlayıb, özünü öldürəcəyini deyirdi. Bir dəfə gecə otağına getdim. O, bu vaxtlar adətən yatırdı. Gördüyüm mənzərə məni şoka saldı. Oğlum trans vəziyyətində səssizcə ipad-in ekranına baxırdı. Onu dəfələrlə silkələyib, qışqırdım. Sonunda özünə gəldi. Hesab edirəm ki, smartfon rəqəmsal ölümdür. Övladlarımızı ondan qorumalıyıq. “

Müəllif həmçinin diqqəti texnika dahilərinin üzərinə gətirir. Nəzərinizə çatdırım ki, Stiv Cobs uşaqlarına texnikadan istifadəni qadağan eləmişdi. Quql şirkətinin yaradıcıları da övladları üçün texnikadan uzaq, Montessori təlimli məktəblər seçmişdilər. Ümumiyyətlə bu gün dünyanı cənginə alan texnika dünyasının kralları öz şahzadələrini virtual aləmdən uzaq tuturlar. Axı bizim övladlarımız da ən dəyərli meyvələrimizdir. Onları niyə heroinə qurban verək?!

Bu haqda düşünün.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar