Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlılar vizasız neçə ölkəyə səfər edə bilərlər? - YENİ REYTİNQ

Tarix: 02-12-2018 11:00     Baxış: 2296 A- / A+
Azərbaycanlılar vizasız neçə ölkəyə səfər edə bilərlər? - YENİ REYTİNQ

“Passport Index” araşdırma portalı sahiblərinin viza olmadan neçə ölkəyə ziyarət edə biləcəkləri əsasında pasport reytinqini dərc edib.


Manevr.az
-ın məlumatına görə, Azərbaycan pasportu 2018-ci ilin noyabr ayı üçün olan reytinqdə 61-ci yeri tutub (71 ölkə).

Pasportun nüfuzu sahibinin vizasız səfər edə biləcəyi (və ya sərhəddə viza ala biləcəyi) ölkələrin sayı ilə qiymətləndirilir.

Belə ki, reytinqə əsasən, Azərbaycan vətəndaşları 34 ölkəyə vizasız gedə bilərlər. Daha 37 ölkədə isə Azərbaycan vətəndaşlarına viza sərhəddə verilir. 127 ölkəyə səyahət zamanı isə azərbaycanlılar viza almalıdırlar.

Reytinqə Birləşmiş Ərəb Əmirlikləri başçılıq edir. BƏƏ vətəndaşları 167 ölkəyə vizasız səyahət edə bilərlər. İkinci və üçüncü yeri Sinqapur və Almaniya bölüşdürüblər (166 ölkə).

Qonşu ölkələrdən Ermənistan 64-cü, Gürcüstan və Türkiyə 40-cı, Rusiya 39-cu, İran isə 88-ci olub.

Reytinqin sonuncu pillələrində Əfqanıstan (29), İraq (32) və Pakistan (35) qərarlaşıb./oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar