Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

İçkilər bazarında qiymət artımı olacaq: Aksiz təsdiqləndi

Tarix: 01-12-2018 19:55     Baxış: 2227 A- / A+
İçkilər bazarında qiymət artımı olacaq: Aksiz təsdiqləndi

Qarşıdan gələn yeni ildə araqların, energetik içkilərin bahalaşmasının şahidi olacağıq.

Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilərə aksiz vergisi qoyulduğundan qiymətlərin qalxması qaçılmaz olacaq.

Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3 manat vergi hesablanıb.

Bu mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin hasilinə tətbiq edilməklə hesablanır.

Qeyd edək ki, əvvəllər energetik içkilər ümumiyyətlə aksiz vergisi tətbiq edilən malların siyahısına daxil deyildi və bu təklifin təsdiqlənəcəyinə böyük şübhələr vardı.

Energetik içkilərin çox sosial narazılıq doğurmasını və insan orqanizminə ziyanın nəzərə alan dövlət qurumları onun aksizləşdirilməsinə tərəfdar çıxdılar. Hazırda Azərbaycanda energetik içkilər istehsal edən iki böyük şirkət fəaliyyət göstərir.

Həmçinin ölkəmizə idxal edilən araqlar da daxil olmaqla spirtli içkilərə də aksiz vurulduğundan onların da qiyməti qalxacaq.

Hələ yay aylarından başlayaraq Vergilər Nazirliyinin dövriyyədə böyük miqdarda saxta spirtli məhsullar aşkar etməsi və bundan sonra nəzarət tədbirlərini gücləndirməsi bazarda 20%-dək bahalaşma yaratmışdı.

2019-cu ildə vergi inzibatçılığının daha da ciddiləşdirilməsi bu sahədəki yayınmaları azaltmağa yönələn tədbirlər nəticədə büdcəyə daha çox vəsait daxil olmasına və təbii ki, həm də bazarda qiymət artımına səbəb olacaq./oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar