Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Həyat yoldaşının videosunu yayan kişinin aqibəti necə olacaq? - Dövlət Komitəsi münasibət bildirdi

Tarix: 01-12-2018 17:25     Baxış: 3329 A- / A+
Həyat yoldaşının videosunu yayan kişinin aqibəti necə olacaq? - Dövlət Komitəsi münasibət bildirdi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda kişinin həyat yoldaşının saçını qırxaraq foto və videosunu sosial şəbəkələrdə yaymasına münasibət bildirib.


Manevr.az
bildirir ki, report-un sorğusuna cavab olaraq Dövlət Komitəsindən bildirilib ki, hadisədən xəbərdardırlar.

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hadisədən xəbəri var. Məsələ nəzarətimizdədir. Həmin məsələ ilə bağlı, yaşayış yeri üzrə Monitorinq Komissiyası tərəfindən iş aparılır", - Dövlət Komitəsindən vurğulanıb.

Qeyd edək ki, sosial şəbəkələrdə əri tərəfindən saçı qırxılan gənc qadının foto və videosu yayılıb. Videodan görünür ki, kişi həyat yoldaşının saçını qırxıb, sonra isə onu videoya çəkib. Hələlik adı və soyadı məlum olmayan kişi bunu xəyanətə görə etdiyini iddia edir. Videonun həyat yoldaşının saçını qırxan kişinin özünün yaydığı bildirilir.

Gənc qadının kimliyi məlum deyil.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar