Xəbər lenti
Yeni şəxsiyyət vəsiqələri elektron imzanı sərbəst aktivləşdirməyə imkan verəcək
Yeni şəxsiyyət vəsiqələrini almış vətəndaşlar bu sənədə inteqrə olunmuş elektron imzanı özləri aktivləşdirə biləcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Nazir müavininin sözlərinə görə, e-imzanın istifadə müddəti 3 ildir:
“Əvvəllər də deyildiyi kimi, vəsiqələrin çipinə üç proqram yazılır: vəsiqə sahibinin fərdi məlumatları, autentifikasiya və e-imza serifikatlarının məlumatları və vəsiqə sahibi barədə məlumatları avtomatik yeniləməyə imkan verən funksiya. Məsələn, soyad və ailə vəziyyəti barədə məlumatlar dəyişərsə, bu məlumat vətəndaş səlahiyyətli orqana müraciət etdikdən sonra xüsusi kartriderlər vasitəsilə avtomatik yenilənəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar