Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Təkliflərim həyata keçərsə, inqilabi dəyişikliklər olar" - Hadi Rəcəbli

Tarix: 30-11-2018 22:30     Baxış: 4201 A- / A+
"Təkliflərim həyata keçərsə, inqilabi dəyişikliklər olar" - Hadi Rəcəbli

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sosial şəbəkələr və mətbuatda barəsində yayılan məlumatlara münasibət bildirib.


Manevr.az
-ın xəbərinə görə, H.Rəcəbli “report”a açıqlamasında deyib ki, parlamentin noyabrın 27-də keçirilən plenar iclasında 2019-cu il üçün yaşayış minimumu ilə bağlı söylədiyi fikirlər təhrif edilib.

H.Rəcəblinin sözlərinə görə, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib:

“Bu da 2018-cil illə müqayisədə 13 manat artıqdır. Bu artım 17 min insanın ünvanlı dövlət sosial yardıma cəlb edilməsinə kömək edəcək. Mən demişəm ki, nəzərdə tutulan məbləğin 13 manat artması yaxşıdır. Deməmişəm ki, 143 manat normal rəqəmdir... Yazılarda rəqəmləri səhv veriblər. Yaşayış minimumu 143 manat həddində müəyyən edilməyib axı, 180 manatdır. Bir daha qeyd edirəm, 143 manat olması nəzərdə tutulan ehtiyac meyarıdır. Mən, hətta yaşayış minimumunun artırılmasını da təklif etmişəm”.

“Biz ehtiyac meyarının ləğv olunmasını istəyirik. Çünki ehtiyac meyarı yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir. Bu, göstərici deyil. Bu təklifimi parlamentin sədri Oqtay Əsədov da bəyənib” - deputat bildirib.

H.Rəcəbli qeyd edib ki, bir neçə dəfə ölkədə minimum əmək haqqının yaşayış minimumuna çatdırılmasını təklif edib:

"Təkliflərim həyata keçərsə, inqilabi dəyişikliklər olar".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar