Xəbər lenti
Azərbaycanın məhşur aktyoru uşaqlarına görə aliment vermir

Aparıcı-aktyor Elvin Ağayev keçmiş xanımı Nərgiz İsayevaya uşaqlarına görə aliment vermir.
Manevr.az-ın "qafqazinfo"ya istinadən xəbərinə görə, bu barədə N. İsayevanın özü məlumat verib.
O qeyd edib ki, aktyor 1800 manat təzminat ödəməlidir:
"2011-ci ildə Elvin Ağayevlə ailə həyatı qurmuşuq. Daha sonra 2017-ci ildə rəsmi olaraq yollarımızı ayırmışıq. 5 və 4 yaşında iki qız övladımız var. Altı aydır ki, E. Ağayev alimenti ödəmir. Hər ay 274 manat ödəməlidir. Lakin o, bundan boyun qaçırır. Toplam olaraq 1800 manat pul ödəməlidir. Dəfələrlə Elvinlə danışmışıq, pulunun olmadığını deyir. Biz artıq aidiyyatı orqanlara şikayət etmişik. Hələ ki, gözləmə mövqeyindəyik".
Mövzu ilə bağlı E.Ağayevlə əlaqə saxlanılıb. Tanınmış aktyor çəkilişdə olduğunu, hazırda danışa bilmədiyini qeyd edib:
"İddiadan çox iddia ola bilər. Mən sadəcə olaraq şokdayam".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar