Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Tələbələr üçün Karyera Mərkəzi yaradıldı

Tarix: 30-11-2018 18:52     Baxış: 4290 A- / A+
Tələbələr üçün Karyera Mərkəzi yaradıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə layihəsi kimi UNEC-də yuxarı kurs tələbələri üçün Karyera Mərkəzi yaradılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən virtualaz.org-a verilən məlumata görə, açılış mərasimində vurğulanıb ki, Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasında gənclərin məşğulluğunun təminatı prioritet istiqamətlərdən biridir. Nazirlik tərəfindən aktiv məşğulluq tədbirlərinin təşkilində də gənclərin əmək bazarına çıxışının dəstəklənməsi məsələsi ön planda saxlanılır.
Tələbələr üçün Karyera Mərkəzi yaradıldı
Həmçinin, qeyd edilib ki, tələbə və məzunlarla bağlı bir sıra aktiv məşğulluq tədbirləri təşkil edilir, onların işəgötürənlərlə ilkin əlaqələr qurmalarına şərait yaradılır. UNEC-də Karyera Mərkəzinin yaradılmasında məqsədin yuxarı kurs tələbələrinin əmək bazarında inteqrasiyasını daha da asanlaşdırmaq və gələcəkdə işlə təmin olunmalarına dəstək olmaqdır.

Mərkəzdə ilkin olaraq yuxarı kurs tələbələrindən 32 nəfərin üç həftə müddətində təlimlərə cəlb olunması nəzərdə tutulub. Təlim zamanı işəgötürən qismində iri holdinq və şirkətlərin nümayəndələri iştirak edəcək. Onlar tərəfindən tələbələrə karyera qurmaq üçün təcrübədən irəli gələn bacarıqlar aşılanacaq, öz bilik və potensiallarını daha yaxşı harada və necə reallaşdırmaq üçün məsləhət xidmətləri göstəriləcək.

Təlim zamanı tələbələrin karyera qurmaq üçün bilik və bacarıqları da qiymətləndiriləcək, təlimin yekununda uğurlu nəticə göstərən tələbələrə mükafatlar veriləcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar