Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

​“Bakcell”dən sosial şəbəkə istifadəçiləri üçün maraqlı müsabiqə

Tarix: 30-11-2018 16:17     Baxış: 3236 A- / A+
​“Bakcell”dən sosial şəbəkə istifadəçiləri üçün maraqlı müsabiqə


Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti sosial şəbəkələrdən aktiv istifadə edən abunəçiləri üçün maraqlı müsabiqə keçirib.


Manevr.az xəbər verir ki, noyabr ayının 21-də start götürmüş müsabiqəyə qatılmaq üçün abunəçilər “Bakcell”in “Facebook” və “İnstagram”dakı rəsmi səhifələrində keçirilən səsvermədə baxmaq istədikləri filmə səs verməli, həmin filmin sıra nömrəsini şərhdə qeyd etməli, Bakcell səhifəsini və müsabiqə barədə postu bəyənib paylaşmalı idilər.Müsabiqədə iştirak etmiş yüzlərlə abunəçidən 35 nəfər qalib www.random.org saytı vasitəsilə təsadüfi qaydada müəyyən edilib. Qaliblər ən çox səs toplamış filmə 2 bilet qazanıblar.

Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Şirkətin müştəri məmnuniyyəti strategiyası əhalinin bütün təbəqələrinin tələb və ehtiyacları nəzərə alınmaqla dünyanın aparıcı şirkətlərinin və yerli bazarın tələblərinə əsaslanır.

Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox populyar sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.

Qeyd edək ki, Bakcell şirkəti 2018-ci ilin birinci və ikici rübü ərzində abunəçi sorğularının 100%-ni cavablandıraraqgöstərdiyi yüksək nəticəyə görə xüsusi sertifikatla təltif olunub. Sertifikat xüsusi analitik platforma vasitəsilə dünya üzrə məşhur şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqi ilə məşğul olan tanınmış “Socialbakers” şirkəti tərəfindən təqdim edilib. Həmçinin, 2017-ci ildə “Bakcell” dörd dəfə “Socially Devoted” sertifikatına layiq görülüb. “Bakcell”in “Facebook” səhifəsinin 400 mindən artıq istifadəçisinin olması bu nailiyyəti daha da vacib və təqdirəlayiqedir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar