Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Xeyriyyəçiliklə məşğul olan şirkətlər vergidən azad edilsin” — Millət vəkili

Tarix: 30-11-2018 15:46     Baxış: 3250 A- / A+
“Xeyriyyəçiliklə məşğul olan şirkətlər vergidən azad edilsin” — Millət vəkili


"Xeyriyyəçilik fəaliyyəti ilə məşğul olanlar bu işlə bağlı vergidən azad olmalıdır".

Manevr.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə Vergi Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı təklif edib.

Millət vəkili bildirib ki, fəaliyətindən gəlir əldə etməyən şirkətləri vergiyə cəlb etmək doğru deyil:

“Bu yaxınlarda Birinci vitse prezident Mehriban Əliyevanın təşəbbüsü ilə “Paşa İnşaat” tərəfindən məcburi köçkünlər üçün böyük bir yaşayış kompleksi tikildi. Bu zaman həmin şirkəti vergiyə cəlb etmək nə qədər doğrudur? Qəbul etdiyimiz qanunlar ictimai əxlaqla dəstəklənməlidir. Mənfəət görmədiyi işə görə şirkətdən mənfəət vergisi almaq doğru deyil.Müəyyən hüquqi, fikiz şəxsləri vergidən azad etsək cəmiyyətə tövhə vermiş olmalıyıq”.Millət vəkili həmçinin məktəb, bağça tikintisi fəaliyyətini stimullaşdırılması üçün bu işi həyata keçirən şirkətlərin 3 il vergidən azad olması, 5 il güzəştin olmasını təklif edib:

“Bəzi məktəblərdə dərslər bir neçə növbəli keçirilir. Sahibkarların stimullaşdırılması üçün vergi güzəştlər edilməlidir. Bununla yanaşı bölgələrdə investisiya qoyan sahibkarlara da bu cür güzəşt edilə bilər. Bununla Bakını yüklənməkdən xilas edərik, regionlar da inkişaf edər”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar