Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ağalarov Putinə nə haqda danışdı...

Tarix: 30-11-2018 07:19     Baxış: 2226 A- / A+
Ağalarov Putinə nə haqda danışdı...
“Crocus Group”un rəhbəri Araz Ağalarov Rusiya prezidenti Vladimir Putinə bir sıra layihələrin yerinə yetirilməsindən, o cümlədən Moskva vilayətində müflisləşmiş “Urban Group” tikinti şirkətinin yaşayış komplekslərinin tikilməsindən danışıb. Layihələrin təqdimatı yerləşdirilmiş stendi sahibkar dövlət başçısına “Crocus Expo” sərgi mərkəzində keçirilən Ümumrusiya Xalq Cəbhəsinin qurultayı çərçivəsində nümayiş etdirib.

Manevr.az xəbər verir ki, Ağalarovun Putinə bildirdiyinə görə, 220 min kvadrat metrlik yaşayış binaları kompleksi bu ilin sonunda istifadəyə veriləcək, müflisləşmiş tikinti şirkətinin yarımçıq qoyduğu və hələ başlamadığı layihələri (burada 18 min payçı var) isə 2020-ci ilin sonuna kimi müxtəlif vaxtlarda təhvil veriləcək.

Həmçinin Ağalarov Putinə Mərkəzi Dairəvi avtomobil yolunun tikintisinin, Qırğızıstanla sərhəddə buraxılış məntəqələrinin, dəmiryol və hava limanı komplekslərinin və “Crocus Group”un digər obyektlərinin qurulmasının gedişi barədə məlumat verib./virtualaz.org


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar