Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Yük maşınları magistral yolda "avtoşluq" etdilər - VİDEO

Tarix: 29-11-2018 21:53     Baxış: 4286 A- / A+
Yük maşınları magistral yolda "avtoşluq" etdilər - VİDEO



Yük maşınları magistral yolda avtoxuliqanlıq edib. Bakı-Qazax magistralında 2 yük maşını digər avtomobillər üçün təhlükə yaradıb.

Manevr.az-ın məlumatına görə, görüntülər Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində, yolda hərəkətdə olan sürücülərdən biri tərəfindən çəkilib. Kadrlardan göründüyü kimi, 99- NS-056 və 99-BR-720 dövlət nömrə nişanlı iki yük maşını bir-birini ötməyə çalışır və bir neçə dəqiqə ərzində digər avtomobillərin rahat hərəkətinə mane olur.

Soldakı yük maşını sağdakını ötməyə, digəri isə onun ötüb-keçməsinə imkan verməməyə çalışır. Nəticədə də digər avtomobillər üçün təhlükəli vəziyyət yaranır.

Ekspert Azər Allahverənov deyir ki, həmin sürücülərə İzibati Xətalar Məcəlləsinə əsasən, ötmə və manevretmə qaydalarının pozulmasına görə 40 manat məbləğində cərimə tətbiq edilə bilər. Lakin görüntülər tam dəqiqliklə araşdırıldıqda avtoxuliqanlıq maddəsi də ortaya çıxa bilər.

Həmin maddəyə əsasən isə sürücülər hətta, həbs də oluna bilər.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, görüntülər tam dəqiqliklə araşdırılacaq və lazımi hüquqi qiymət veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar