Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bölgələrdə otel qiymətləri niyə bahadır? - Müqayisəli qiymətlər - VİDEO

Tarix: 28-11-2018 22:52     Baxış: 4216 A- / A+
Bölgələrdə otel qiymətləri niyə bahadır? - Müqayisəli qiymətlər - VİDEO



Yeni il bayramı yaxınlaşır. Bayram ərəfəsində bölgələrdəki lüks otellərdə qiymətlər necə deyərlər, ceyran belindədir. Əməkdaşlarımızın araşdırması nəticəsində məlum olub ki, Azərbaycanın bölgələrindəki otellərdəki qiymətlər Türkiyə, Dubay, hətta Avropadakı tariflərdən belə yüksəkdir. Müqayisəli qiymətləri təqdim edirik.



Manevr.az
-ın məlumatına görə, Yeni il günü Azərbaycanın bölgələrində otellərin qiyməti 1900 manata, Türkiyədə 900, Avropa ölkələrində isə 1500 manata təklif edilir.

Hər il olduğu kimi bu il də bölgələrdə fəaliyyət göstərən otellər Yeni il ərəfəsində öz xidmətlərini çox baha qiymətə təklif edir. Quba, Qəbələ və Şamaxıda 4 ulduzlu otellərdə qiymətlər 1000, 5 ulduzlu otellərdə isə 2 min manata qədər dəyişir.

Turizm fəaliyyəti ilə məşğul olan Azadə Səfərovanın sözlərinə görə, bölgələrdə fəaliyyət göstərən otellərin çox az hissəsi gündə 3 dəfə qidalanma təklif edir. Göstərilən qiymətlərə isə yalnız səhər yeməyi daxildir. Halbuki, 900 manatdan başlayan qiymətlərlə qarşılama, yola salma və 3 dəfə qidalanma da daxil olmaqla, 5 gün ərzində yeni ili Türkiyədə keçirmək mümkündür.

Elə vətəndaşlar da bölgələrdə qiymətlərin yüksək olduğu qənaətindədirlər.

Turizmçilərin sözlərinə görə, qiymətlərin baha olmasına əsas səbəb bölgələrdə ekonom otellərin sayının az olması və hər dəfə yeni ildə ölkəyə daha çox turistin gəlməsidir. Bunun nəticəsidir ki, qiymətlərşn bahalılığına baxmayaraq, hazırda bölgələrdə əksər otellərdə yerlərin çoxu satılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar