Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dilçilik İnstitutu: "Dilimizin tətbiq olunduğu bütün sahələrə nəzarətin gücləndirilməsinə ehtiyac var"

Tarix: 28-11-2018 20:38     Baxış: 3219 A- / A+
Dilçilik İnstitutu: "Dilimizin tətbiq olunduğu bütün sahələrə nəzarətin gücləndirilməsinə ehtiyac var"

Bir sıra kütləvi informasiya vasitələri, o cümlədən onlayn media, müxtəlif internet resursları, reklam agentlikləri, radio verilişlərinin aparıcıları ana dilimizin fonetik, leksik-semantik və qrammatik normalarına lazımınca riayət etmirlər. Bu da dilimizin inkişafına və saflığına xələl gətirir.


Manevr.az
bildirir ki, bunu trend-ə Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva deyib.

Onun sözlərinə görə, buna görə də dilimizin tətbiq olunduğu bütün sahələrə daimi nəzarətin gücləndirilməsinə ehtiyac duyulur:

"Ölkəmizdə dövlət dilinin tətbiqi, qorunması və inkişaf etdirilməsi üçün silsilə tədbirlər həyata keçirilir. Xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar dilimizin hüquqi statusu, onun saflığının qorunması və inkişafı, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün olduqca əlverişli şərait yaradıb. Prezident İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 1 noyabr tarixli fərmanı əsası Ümummilli lider tərəfindən qoyulmuş dil siyasətinin və bu gün dilimizin saflığının qorunması və inkişafı ilə bağlı dövlətimizin başçısının həyata keçirdiyi səmərəli və genişmiqyaslı işlərin məntiqi davamıdır".

A.Məşədiyeva əlavə edib ki, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərman ana dilimizin inkişafına yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.

Alim qeyd edib ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin yaradılması Azərbaycan dilinin saflığının qorunması, mövcud nöqsanların və pozuntuların aradan qaldırılması, ədəbi dil normalarının qorunması istiqamətində həyata keçirilən ardıcıl və sistemli islahatların yeni bir mərhələsidir.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar