Xəbər lenti
23 il sonra oğlu 3 erməni öldürərək 39 il türmədə yatan atanı qəbul etmədi… – Video

Space Tv də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl Dərdini Danış” verilişində maraqlı anlar qeydə alınıb.
3 erməni öldürərək 39 il həbs edilən Cahangir bəy 23 ildən sonra oğlu ilə danışıb. Oğul atasından imtina etdiyi və anaları günəbaxan tumu sataraq onları böyütdüyünü bildirib.
Göz yaşlarına boğulan Cahangir bəy Amil Xəlildən Ağstafada olan torpağında kiçik bir otağın tikilməsi üçün dəstək istəyib. Teleaparıcı da Ağstafa icra hakimiyyətini efirə qoşub. Qurumun əməkdaşı Şaiq bəy təmənnasız Cahangir bəyə yardım edəcəylərini bildirib.
Daha sonra Amil Xəlil yenidən icra hakimiyyətindən zəng gəldiyini bildirib: “Bu dəqiqə ən böyük dəstək Ağstafa icra başçısından gəldi. Cahangir bəy, şəxsən sizin işinizə cənab başçı nəzarət edəcək” deyərək şad xəbəri təqdim edib.
Qeyd edək ki sosial-kriminal layihə “Gəl Dərdini Danış” verilişi həftə içi hər gün saat 16:00 da Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar