Xəbər lenti
Düşməni tir-tir titrədən Türk Ordusu XÜSUSİ KOMANDALAR YARADIR: bundan sonra...
Aralıq və Qara dənizdə neft, təbii qaz axtarışlarını genişləndirən Türkiyə dənizlərdəki enerji xətlərini, təbii qaz, neft platformalarını və gəmilərini qorumaq üçün xüsusi ordu – Dəniz Təhlükəsizlik Komandaları quracaq.
Manevr.az publika.az-a istinadla xəbər verir ki, Türkiyə bu addımı enerji müharibəsində təhlükəsizliyini təmin etmək və irəliləmək üçün atır.
Qara dənizdə Rusiya ilə "Türk Axını", Azərbaycanla TransAnadolu Təbii Qaz Boru Xətti (TANAP) layihələrini gerçəkləşdirən qardaş ölkə yeni təhlükəsizlik qüvvələrini 2023-cü ilə qədər qurub tamamlayacaq.
Dəniz Təhlükəsizlik Komandaları su səthində meydana gələ biləcək terror məqsədli hadisələrə qarşı təhlükəsizliyi təmin etmək vəzifəsi daşıyacaq. Komandaların ilk fəaliyyət sahəsi İstanbul və Çanaqqala boğazları olacaq. Daha sonra isə sahillərə doğru yayılacaqlar.
Bundan başqa:
*Türkiyəni əhatə edən dənizlərdəki nəqliyyat xətləri, təbii qaz və neft platformaları, sahillərdəki strateji önəmə sahib təsislər qorunacaq, ehtimal edilən hücumların qarşısı alınacaq.
*Dəniz vasitəsilə ölkəyə daxil olmağa və ya xarici ölkəyə çıxamağa çalışan terrorçuların qarşısı alınacaq.
* Türk boğazlarından keçən təhlükəli və partlayıcı maddələr daşıyan gəmilər müşayiət ediləcək və təhlükəsizlikləri qorunacaq.
* Limanlara daxil olan türk və xarici hərbi gəmilər qorunacaq. Dənizdə və ya sahil bölgələrində fəaliyyət göstərən dövlət əhəmiyyətli şəxslərin təhlükəsizlikləri qorunacaq.
*Qaçqınların qanunsuz şəkildə daşınması, narkotik alveri əngəllənəcək.
Dənizlərin kəşfiyyatı və müşahidəsində radar sistemləri ilə yanaşı, pilotsuz təyyarələr də sıx şəkildə istifadə ediləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar