Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda alimin verdiyi proqnoz özünü doğrultdu : 2 vulkan püskürdü, 4-ü isə...

Tarix: 28-11-2018 08:59     Baxış: 4239 A- / A+
Azərbaycanda alimin verdiyi proqnoz özünü doğrultdu


Azərbaycanda yeni palçıq vulkanlarının püskürəcəyi ilə bağlı verilən proqnoz özünü doğruldub. Artıq 2 vulkan püskürüb, 4 vulkanın isə bu ilin sonuna kimi və 2019-cu il ərzində püskürəcəyi ehtimal edilir.

Manevr.az bildirir ki, bunu özəl olaraq trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, hələ oktyabrda Abşeron yarımadasında Bozdağ Qobu, Ələt qəsəbəsində Bahar, Qobustanda Şəkixan, Nardaranaxtarma, Ayazaxtarma, Şıxzərli vulkanlarında püskürmə olacağı ilə bağlı proqnoz verilmişdi:

"Şəkixan və Ayazaxtarma palçıq vulkanlarındakı püskürmə ehtimalları təsdiqlədi. Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Qobustanda təcrübə-kəşfiyyat işləri apararkən vulkanların yeni oyanışlarının izlərini təyin ediblər. Püskürmələr zəif olub".

Professor əlavə edib ki, bir necə il davam edən sakitlik dövründən sonra 2017-ci il Azərbaycanda vulkanların püskürməsi intensivləşib. Təkcə keçən ilin birinci yarısında Abşeron yarımadasında (Otmanbozdağ, Lökbatan, Keyrəki) və Şamaxı-Qobustan rayonunda (Bozaaxtarma, Şixzərli, Qarıca və Şəkixan) 7 vulkan püskürüb.

A.Əliyev qeyd edib ki, ümumilikdə son 2 ildə Azərbaycanda 19 vulkan püskürməsi halı qeydə alınıb.

Azərbaycanda quru və dənizdə 350-dən çox palçıq vulkanının olduğunu deyən A.Əliyev qeyd edib ki, hər il 3-5 vulkanda müxtəlif intensivlikdə püskürmələr baş verir. Lakin seysmik aktivliyin artdığı dövrlərdə püskürmələrin də sayı çoxalır.

O, belə dövrlərə misal olaraq, 1970 (10 püskürmə), 1986 (12 püskürmə), 1989 (11 püskürmə), 2001 (16 püskürmə), 2018-ci (11 püskürmə) illəri göstərib:

"Palçıq vulkanının püskürməsi ilə bağlı proqnoza gəldikdə, bu suala birmənalı cavab yoxdur. Zəlzələ kimi vulkanların da püskürmə vaxtını qabaqcadan xəbər vermək asan məsələ deyil. Lakin bununla belə, bir sıra onilliklər ərzində palçıq vulkanının fəaliyyətini tədqiq etdiyimdən onların xüsusiyyətlərini, əvvəlki püskürmələri nəzərə alaraq, paroksizmal proqnozların verilməsini mümkün hesab edirəm. Söhbət təbii ki, yarım il və ya il ərzində olan proqnozlardan gedir. Belə ki, 2017-ci ildə biz Abşeron yarımadasında Keyrəki vulkan püskürməsinin olacağını gözləyirdik və o, 12 iyunda baş verdi. İnsanların təsərrüfat fəaliyyətinin də palçıq vulkanının püskürməsinə təsir göstərəcəyini demək olar. Azərbaycanda insan amili nəticəsində bəzi palçıq vulkanları süni şəkildə püskürüb".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar