Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda lift pulu artırıla bilər - 5 DƏFƏ

Tarix: 27-11-2018 12:12     Baxış: 4248 A- / A+
Bakıda lift pulu artırıla bilər - 5 DƏFƏ


Bakıda adambaşına düşən lift ödənişləri ilə bağlı təklif hazırlanır.

Manevr.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyininə yeni təyin olunmuş baş direktor Xalid Ələkbərov bildirib.

Onun sözlərinə görə, vətəndaşlar lift pulunu ödəmək istəmirlər:


"Biz də çalışırıq ki, digər qurumlar kimi, birlikdə sistem qurulsun və nağd ödənişdən qaçaq. Bu gün işçilərimiz vətəndaşdan 20 qəpik almaq üçün qapını döyür. Əhali elə düşünür ki, biz o pulu cibimizə qoyuruq. Amma onlar bilmir ki, adambaşına düşən lift ödənişlərinin qiyməti 20 qəpik deyil”.

Baş direktor qeyd edib ki, adambaşına düşən lift ödənişləri ilə bağlı təklif hazırlanır:


"Biz istəyirik ki, qiymətlərə baxılsın. Nazirlər Kabineti məsləhət bilsə, qiymətlər artırıla bilər. İdarəmiz dövlət vəsaitinin hesabına işləyir, əməkhaqqı veririk. Ödəniş az olduğu üçün işçilərin əməkhaqqını qaldıra bilmirik. Çünki dövlətdən maliyyələşirik.

Hesabatla götürəndə adambaşına lift pulu bir manat 80 qəpik-iki manata yaxın çıxır. Amma təklifdə minimum bir manat qeyd edilib. Bu məbləğ olsa və nağdsız hesaba keçilsə, işçilərimizin də qapı-qapı düşüb pul yığması məsələsi aradan qalxar. İnsan var ki, gedir bir manata adi su alıb içir, amma liftlə qalxmağa pul ödəyəndə deyir ki, niyə 20 qəpik ödəyirəm? Qiymət təklifdəki məbləğ olsa, lift xarab olanda onu təmir etmək, vəsait qoymaq olar”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar