Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

İnternetin görünməyən üzü olan “Deep Web” - Cinayət, uşaq pornosu və narkotiklə dolu “dünya”

Tarix: 25-11-2018 14:18     Baxış: 4350 A- / A+
İnternetin görünməyən üzü olan “Deep Web” - Cinayət, uşaq pornosu və narkotiklə dolu “dünya”

İnternet sərhədlər aradan qalxdıqca sonsuzluqlara qədər çatır. Belə ki, internetin görünən üzünün ardında daha böyük bir "dünya" var. Bunun adı "Depp Web"dir.

Bir çox qanunsuz fəaliyyətləri həyata keçirməklə tanınan "Deep Web" nədir?


Manevr.az
musavat.com-a istinadən bildirir ki, bu barədə müxtəlif mənbələr xəbər verir.

"Deep Web" əslində internetin görünməyən üzü olaraq uzun zamandır mövcuddur. Bu görünməyən "dünya"nın böyüklüyünün nə qədər olması isə rəqəmlərlə ölçülə bilməyəcək dərəcədədir. Adının "Deep Web", yəni "Dərin İnternet" olmağı da sırf buna görədir.

"Deep Web" axtarış saytlarının görə bilmədiyi və tapılması mümkün olmayan məlumatları asanlıqla tapır və paylaşır. Yəni, klassik internet istifadəçiləri internetin sadəcə bir hissəsindən istifadə edə bilir. Google, Yandex kimi axtarış sistemlərinin tapa bilmədiyi sirrli qismləri isə "Depp Web" asanlıqla taparaq, ortaya çıxarır.
İnternetin görünməyən üzü olan “Deep Web” - Cinayət, uşaq pornosu və narkotiklə dolu “dünya”

Qaranlıq Səhifələr - "Dark Web"

"Deep Web"in içərisində yer alan qaranlıq səhifələrin olduğu bölümə isə "Dark Net" deyilir. Bu məlumatların arasında narkotik, silah satışı, uşaq pornoları, cinayət görüntüləri, ələ keçirilmiş tanınmış və yaxud özəl insanların görüntüləri və ya bilgiləri, təcavüz və cinayət videoları kimi qanunsuz və etik olmayan materiallar yer alır.

Qeyd edək ki, internetin "arxa baxçası" deyilən "Depp Web"ə daxil olmaq üçün xüsusi brovserlərdən istifadə etmək lazımdır.
İnternetin görünməyən üzü olan “Deep Web” - Cinayət, uşaq pornosu və narkotiklə dolu “dünya”

"Deep Web" necə daxil olmaq olar?

"Deep Web"ə yuxarıda qeyd etdiyimiz kimi, xüsusi brovserlər vasitəsilə girmək mümkündür. "Tor" bu brovserlərin ən tanınanlarındandır. Belə ki, bu brovser istifadəçinin İP ünvanını gizlədir və izlənməsinə əngəl yaradır. Bir sözlə, anonimliyə tam təminat verir.

"Tor" brovserinin aktiv istifadəçiləri arasında Amerika Milli Elm Fondu (Amerikan National Science Foundation) və ABŞ Xarici işlər Nazirliyi ön sıralarda yer alır. Çünki "Tor"un yaradılma məqsədi Amerika Birləşmiş Ştatlarının internet üzərindən apardığı araşdırmaları məxfi tutmaqdır.
İnternetin görünməyən üzü olan “Deep Web” - Cinayət, uşaq pornosu və narkotiklə dolu “dünya”


"Deep Web"in böyüklüyü nə qədərdir?

Ehtimallara görə, axtarış sistemləri ilə əldə olunan bilgilər internetin cəmi 5 və ya 10 faizini tutur. Bu da o deməkdir ki, "Deep Web" internetin 90 faizini əhatə edir.

Məsələnin ən maraqlı tərəfi isə gizli məlumat bazalarına görə hansısa dəqiq bir rəqəmi demək mümkün deyil. Çünki bu məlumat bazalarının həcminin nə qədər olması sirr kimi saxlanılır və ən əsası, rəqəmləri dəqiq və dolğun şəkildə bilmək mümkün deyil.

Lakin bəzilərinə görə, "Deep Web" 7.5 petabayt yaddaş yükü olan internetdən 500 dəfə daha çox məlumata sahibdir.

Qeyd edək ki, apardığımız müqayisə 2001-ci ildə əldə olunan hesablamalara əsasən ortaya çıxıb və bu nəticələrin üzərindən artıq 17 il keçib. Bu isə, "Deep Web" dünyasının nə qədər böyük olduğunu bir daha isbat etmiş olur.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar