Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Eldar Əzizov Zabratda zeytun bağının zəbt edilməsini nəzarətə götürdü

Tarix: 23-11-2018 17:40     Baxış: 2241 A- / A+
Eldar Əzizov Zabratda zeytun bağının zəbt edilməsini nəzarətə götürdü

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sabunçu rayonunda, 1-ci Zabrat qəsəbəsində yüzlərlə çoxillik ağaclarının olduğu 35-40 sotluq zeytun bağının qanunsuz zəbt edilməsi və hasarlanması faktını nəzarətə götürüb.

Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, bu barədə yazılanlardan sonra Eldar Əzizov faktın araşdırılmasını müvafiq şöbəyə tapşırıb.

“Tapşırq verilib, müvafiq şöbədən ora gediblər, araşdırırlar. Nəticəsi barədə məlumat verəcəyik”-şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov belə deyib.

Xatırladaq ki, 1-ci Zabrat qəsəbəsində, 18 Oktyabr küçəsində “Neftmaştəmir” ASC ilə üzbəüz yerləşən zeytun bağı təxminən 10-12 gün əvvəl zəbt olunub və hündür hasara alınıb. İçəridə kafe tikintisinə hazırlıq aparılır.

Prezident İlham Əliyevin Bakıda yaşıllıqların qanunsuz zəbt edənlərə və belə hallara imkan yaradan məmurlara qarşı növbəti sərt xəbərdarlığından cəmi bir ay keçmiş törədilmiş bu özbaşınalıqla bağlı virtualaz.org daha əvvəl Sabunçu rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də rəylərini dərc etmişdi.
Eldar Əzizov Zabratda zeytun bağının zəbt edilməsini nəzarətə götürdü


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları həmin ərazidə araşdırma aparıb, zeytun bağının qanunsuz hasarlandığı təsbit olunub və nazirlik tərəfindən hasarın təcili sökülməsi barədə həm rayon İcra Hakimiyyətinə, həm Bakı şəhər İcra Hakimiyyətinə təcili telefonoqram göndərilib. Sabunçu rayon İcra Hakimiyyətindən isə ərazini hasarlayanların gah “sovet dövründə alınmış qanuni sənədlərinin” olduğunu, gah da 2000-ci ildə yerli bələdiyyədən bu ərazini uzunmüddətli icarəyə götürdüklərini deyiblər. Hansı ki, zeytunluq sahəsi bələdiyyə mülkiyyəti deyil.

Sakinlər deyirlər ki, həmin zeytunluğun bir hissəsini bir neçə il əvvəl zəbt edib orada kafe açıblar. İndi hasarı çəkənlər də həmin kafenin sahibləridir, hansı ki, bu adamlar hansısa nüfuzlu adamların adlarını çəkir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar