Xəbər lenti
Radiolarda ən çox bu verilişlərdə dil normaları pozulur - Dilçilik İnstitutunun şöbə müdiri açıqladı

"Azərbaycan radiolarında ən çox avtomobillərlə bağlı verilişlərdə dil normaları pozulur".
Bu barədə report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.
S.Əliyeva xatıladıb ki, şöbə radioların Azərbaycan ədəbi dilinin normalarına əməl edib-etməməsini öyrənmək məqsədi ilə monitorinqə başlayıb.
Onun sözlərinə görə, radioda olan avto verilişlərdə leksik və fonotik norma pozuntularına çox rast gəlinir: "Avto verilişlərdə həm aparıcıların, həm də qonaqların, yəni ustaların avtomobillə bağlı istifadə etdiyi sahə sözlərinin, terminlərin hamısı rus dilində olur. Amma o sözlərin çoxunun Azərbaycan dilində qarşılığı var. Təbiidir ki, o sözləri hamı o formada, yəni rus dilində olan formasında qəbul edib. Həmin sözləri yalnız Azərbaycan dilində desək çox adam anlamayacaq, bu səbəbdən də insanlar öyrəşənədək hər iki formanı istifadə etmək lazımdır. Məsələn, "sveça" - şamlar, "motor" - mühərrik, "remen" - kəmər".
Şöbə müdiri qeyd edib ki, dekabr ayının ortalarında Dilçilik İnstitutu Bilik Fondu ilə birgə konfrans keçirəcək: "Həmin konfransa radioların aparıcılarını da dəvət edəcəyik və monitorinqimizin nəticələrini açıqlayacağıq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar