Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda kimlərin kredit borcları silinə bilər - ekspert rəyi

Tarix: 22-11-2018 09:31     Baxış: 4252 A- / A+
Azərbaycanda kimlərin kredit borcları silinə bilər


Rəşad Həsənov: “Dövlət dəstəyi tətbiq olunarkən istehlak kreditləri ilə biznes kreditləri fərqləndirilməlidir”

Gürcüstan hökumətinin aztəminatlı əhalinin kredit borclarının ləğvinə dair qərarı Azərbaycan cəmiyyətində analoji problemin müzakirələrinin yenidən canlanmasına səbəb oldu. Həcmi 2 milyard manata yaxınlaşan problemli kreditlərin banklara, əhaliyə yaratdığı çətinliklər bir daha gündəmə gətirildi.

Eyni zamanda məlum oldu ki, nəinki aldığı 2-3 min dollar (yaxud manat) krediti qaytarmaq imkanında olmayan aztəminatlı insanlarla yanaşı, yüz minlərlə dollar/manat kreditləri götürərək təyinatından yayındırıb mənimsəyən şəxslər də dövlətin hesabına borclarının bağlanmasını gözləyirlər. Məlum olduğu kimi, bu gün bankların əksəriyyəti üzrə yaranan problemli kreditlərin böyük hissəsi məhz bank inzibatçıları, müxtəlif məmurların yaxınları olan ikinci qrup şəxslərdədir.

Qeyd edək ki, Gürcüstanda adları kredit borcuna görə qara siyahıya salınmış 600 minədək aztəminatlı vətəndaşın 2 min lariyə qədər olan borcları silinir. Bəs Azərbaycanda hökumət problemli kreditlər məsələsinə əl qoyarsa, kimlərin borcları silinə bilər? Sualı cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun dediyinə görə, hökumət belə bir qərar qəbul edərsə, çox ciddi araşdırmalar aparılmalıdır:
“Bu qərar olacaqsa, ilk növbədə kimin kreditlərinin silinəcəyi sualının real cavabı tapılmalıdır. Elə mexanizm seçilməlidir ki, vətəndaşların bərabərliyinə dair konstitusion hüququ pozulmamalı, eyni zamanda dövlət vəsaitləri hansısa formada kimlərinsə maraqlarına xidmət etməməlidir. Yəni çox ciddi və hərtərəfli dərinləşmiş təhlillərin, araşdırmaların aparılmasına ehtiyac var. İlk növbədə problemlilər siyahısına düşmüş müştərilər üzrə müəyyən qiymətləndirmələrin aparılmasına başlamaq olar. Çünki artıq bu siyahıya düşmək həmin müştərilərin borclarını qaytara bilmədiklərini göstərir. Lakin burada da ciddi araşdırmaların aparılması zərurəti yaranır. Belə ki, mövcud vəziyyət göstərir ki, bir çoxları imkanları olsa da, ümumi mənzərə fonunda borclarını ödəməkdən imtina edirlər”.

R.Həsənov bildirir ki, elə insanlar var ki, böyük çətinliklə, hətta bir çox hallarda digər mənbələrdən borclanmaya gedərək kreditlərini ödəyirlər:
“Bu, həmin vətəndaşların məsuliyyət hissinin daha yüksək olduğunu göstərir. Adamlar da var ki, çox rahat yaşayırlar, gəlirləri də yetərincədir, amma ödənişlərini etmirlər. Seçim edərkən bu məqamı da nəzərə almaq lazımdır. Yəni genişmiqyaslı araşdırma aparılmalıdır. Daha yaxşı olar ki, məsələyə bu kontekstdən yanaşılsın: birinci, 2015-ci ilin fevalından etibarən nə baş verib? Devalvasiyalar barədə qərarı kim verib? Bu qərardan zərər çəkən subyektlər hansılardır? Həmin subyektlər üzrə zərər müəyyənləşdirilməli və dövlət tərəfindən qarşılanmalıdır. Bu zaman güzəştlər kredit məbləğinə hesablanmış faizlər üzrə edilə bilər. Yaxud tutalım ki, 3 minə qədər olan kreditlər silinir, 3-20 min arası kreditlərdə faizlər dövlət tərəfindən kompensasiya olunur, 20 mindən yuxarı olan kreditlərdə isə məzənnə fərqinə kompensasiya tətbiq edilir. Bunun dəqiq mexanizmini fiskal siyasəti həyata keçirən qurumlar və Nazirlər Kabineti birgə müəyyənləşdirə bilər”.

Ekspert hesab edir ki, dövlət dəstəyi tətbiq olunarkən istehlak kreditləri ilə biznes kreditləri fərqləndirilməlidir:
“İstehlak kreditləri əlavə dəyər yaratmayan vəsaitlərdir. Real sektora verilən biznes kreditləri isə əlavə dəyər yaratmağa yönəldilir. Düzdür, Azərbaycanda kreditlərin düzgün rəsmiləşdirilməsi kimi bir problem də mövcuddur. Kreditlərin böyük hissəsi istehlak krediti kimi rəsmiləşdirilir. Yaxud biznes adı ilə götürülən kreditlər tamam başqa istiqamətlərə yönəldilir. Buna görə də bu məsələlərdə çox diqqətli olmağa ehtiyac var. Valyutada kreditləri olan vətəndaşlar ikinci dərəcəli risk qrupu olaraq seçimə daxil edilə bilər. Biznes kreditləri üçüncü, istehlak kreditləri isə dördüncü dərəcəli risk qrupu kimi seçilə bilər”.

Müsahibimizin fikrincə, Azərbaycanın hazırkı maliyyə imkanları problemli kreditlər məsələsini həll etmək üçün kifayət qədər yetərli səviyyədədir:
“Bu imkan böyükdür. Nəzərə almaq lazımdır ki, problemli kreditlər ölkənin maliyyə-bank sektorunu iflic vəziyyətinə salıb. Bu gün ümumi kredit portfelinin 14 faizdən yuxarısı problemli kreditlərdir. Hansı ki, 6 faizdən yuxarı artıq SOS hesab olunur. Belə bir şəraitdə banklar işləyə bilmir, onlar kreditləşməyə meyl göstərmirlər. Gələcəkdə dövlətin bankların arxasında hansısa formada dayanacağına təminat yoxdur. Buna görə də kredit portfeli genişlənmir. Hökumət də deyir ki, real sektor inkişaf etsin. Əgər real maliyyə qaynaqlarına çıxış yoxdursa, bu sektor necə inkişaf etsin? Dövlət problemli kreditlər məsələsini həll etməklə eyni vaxtda bir neçə məqsədə nail ola bilər”./musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar