Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Müəllimdən məktəb direktoruna qarşı inanılmaz iddia

Tarix: 20-11-2018 15:02     Baxış: 3227 A- / A+
Müəllimdən məktəb direktoruna qarşı inanılmaz iddia

Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbinin müəllimi Elnur Qasımov ilə məktəb direktoru Camal Bəşirov arasdında qalmaqal baş verib.
Bu barədə bizimyol.info-ya Elnur Qasımov bildirib.

“Biləsuvar rayon sakiniyəm. 2011-ci ildən bu təhsil müəssisəsinə təyinat aldım. Həmin ildən burada müəllim işləyirəm. Hər il aybaay maaş alanda 20-30 manat direktor Camal Bəşirova verirdim. Bu il sentyabr ayında 30 manat verib direktora dedim ki daha sənə il boyu pul vermiyəcəm. Çünki dolana bilmirəm. Direktor mənim sinf rəhbərliymi əlimdən aldı”,-deyə müəllim deyib.

O, bununla bağlı Cəlilabad rayon Təsil Şöbəsinə müraciət etdiyini bildirdi: “Müxtəlif günlərdə 5 dəfə Təhsil Şöbəsinin müdirinin qəbulunda oldum. Hər dəfə də mənim başımı xoş sözlərlə qatıb dedilər ki, get məktəbə biz həll edəcəyik. Hər dəfə də şikayətə edəndə müdir mənə “bir-birinizlə yola gedin, anlaşın” dedi.

Oktyabrın son günlərində direktor mənə “özbaşına deyiləm, pul verməlisən ki mən də sinif rəhbərliyini sənə yazdım” dedi. Mən ona əmək haqqı kartımı verdim. Bir neçə gündən sonra Təhsil Şöbəsinə zəng etdim. Məlum oldu ki sinifə dərs keçsəm də, mənim adım sinif rəhbəri kimi rəsmiləşdirilməyib. Mən də dərs jurnalını yazmadım. Nəticədə direktor əmək haqqımdan 250 manat götürüb, 150 manatı mənə verdi”.
Müəllimdən məktəb direktoruna qarşı inanılmaz iddia

Elnur Qasımov sözlərinə görə, ondan jurnalı yazacağı halda əvvəlki vəzifəsini ona qaytaracaqlarını vəd ediblər: “Jurnalları yazmıram. Mənim mənimsənilən 250 manatım qaytarılmasını tələb edirəm. Direktor Camal Bəşirov məni məktəbə buraxmır. Dərs keçdiyim şagirdləri sinifdən çıxardır. Şagirdlərə deyir ki məni işdən çıxardıb. Məni hər kəsin yanında təhqir edir, ləyaqətimi alçaldır. Məni noyabr ayının 5-indən məktəbə buraxmır”.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bizimyol.info-ya bildirilib ki, Cəlilabad Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, rayonun Sərxanlı kənd ümumi orta məktəbinin pedaqoji orta təhsilli ingilis dili müəllimi Elnur Qasımov müraciət edərək məktəbin direktoru səlahiyyətlərini icra edən Camal Bəşirovdan narazılığını bildirib, əmək haqqının az olduğunu, ona sinif rəhbərliyi verilmədiyini qeyd edib.

“Müraciət araşdırılıb, məktəbin direktoru və şikayətçi ilə söhbət aparılıb. Məlum olub ki, məktəbdə olan 23 saat xarici dil dərsinin hamısı Elnur Qasımova verilib. Məktəbdə ali təhsilli müəllimlər çoxluq təşkil etdiyi üçün Elnur Qasımova sinif rəhbərliyi verilməyib. Buna baxmayaraq, araşdırma zamanı şikayətçinin xahişi ilə ona əlavə olaraq 2 saat dərnək məşğələsi verilib”,-deyə nazirlikdən bildirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar