Sizin Reklam Burada
Xəbər lenti
14-10-2026
13-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 3 qurum birləşdirilir - Super nazirlik yaradılır

Tarix: 20-11-2018 13:49     Baxış: 3236 A- / A+
Azərbaycanda 3 qurum birləşdirilir - Super nazirlik yaradılır

Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birləşdirilməsi yenidən gündəmə gəlib.

Manevr.az xəbər verir ki, bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, təkcə bu 2 qurumun birləşdirilməsi ilə söhbət bitmir: "Söhbət dövlət vergi yığımlarının vahid bir strukurda cəmlənməsindən və bundan doğan struktur islahatından gedir. Gömrük xidməti ilə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinin bir hissəsi, konkret desək, məcburi sığorta ödənişlərinin yığılması funksiyasının Vergilər Nazirliyinin idarəetməsinə verilməsi planlaşdırılır".

Mənbənin bildirdiyinə görə, Dövlət Sosial Müdafiə Fondunun başqa bir səlahiyyəti - pensiyaların təyin edilməsi və paylanması funksiyasının isə Maliyyə Nazirliyinə verilməsi nəzərdə tutulur: "Yəni konkret olaraq fondun ləğvindən və səlahiyyətlərinin Vergilər və Maliyyə nazirlikləri arasında bölüşdürülməsindən söhbət gedir. Bununla da büdcə daxilolmalarının yığılması ilə yalnız Vergilər Nazirliyi, büdcə vəsaitlərinin bölüşdürülməsinə isə yalnız Maliyyə Nazirliyi məşğul olacaq".anews.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar