Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Uşaqların sevimli keksində kif aşkarlandı - Foto

Tarix: 19-11-2018 14:05     Baxış: 3253 A- / A+
Uşaqların sevimli keksində kif aşkarlandı - Foto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bir müddət öncə yoxlama apararaq satışına qadağa qoyduğu məşhur şirniyyat şirkəti “Ozmo”nun “Oqopoqo” keksində kif müəyyən edilib.


Manevr.az
xəbər verir ki, kiflənmiş şirniyyat Sabunçu rayonu Hövsan qəsəbəsində yerləşən böyük super marketlərin biridən alınıb. Alıcı şirniyyatın üzərindəki istehsal tarixinə baxaraq alıb. Qablaşdırmanın üzərində 02.07.2018-ci il tarixdə istehsal olunduğu və 02.04.2019-cu ilə qədər vaxtının olduğu qeyd edilib.

Lakin qablaşdırmanı açdıqdan sonra onun kifləndiyi məlum olub.

“Ozmo”nun ölkəyə idxalı və dağıtımını həyata keçirən “Veysəloğlu” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “Oqopoqo” keksində kifin aşkarlanması ancaq məhsulun saxlanma şəraitinin doğru olmaması ilə əlaqədar ola bilər.

Şirkətdən verilən məlumata görə, üzərində istehsal tarixi olan və müddəti ötməmiş məhsulda əlavə nöqsanın aşkarlanması mümkün deyil:

“Nöqsan ancaq marketdə şirniyyatın saxlanma şəraitinə düzgün əməl edilməməsi ilə əlaqədardır”.

Xatırladaq ki, sentyabrda “Ozmo”, “Eti”, “Puf”, “Popkek limon”, “Popkek banan”, “Şölen”, “Tutku”, “Oqopoqo”, “Monte Lemo” şirniyyatları, “Banduel” qorox qida məhsullarında sıra nöqsanlar – bakteriyalar aşkar edildiyi barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yaymışdı. Lakin sonra məlumat təsdiqini tapmadı./axar.az
Uşaqların sevimli keksində kif aşkarlandı - Foto

Uşaqların sevimli keksində kif aşkarlandı - Foto




Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar