Xəbər lenti
Cavid Qurbanov Belarusda saziş imzaladı
“Belarus Dəmir Yolları” Dövlət Birliyi və “Azərbaycan Dəmir Yolları” QSC bu gün ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökümətlərarası komissiyasının 11-ci iclasının yekunları üzrə qarşılıqlı faydalı əməkdaşlıq haqqında saziş imzalayıblar.
Manevr.az moderator.az-a istinadən bildirir ki, bu barədə Belarusun “BELTA” agentliyi xəbər yayıb.
“Belarus Dəmir Yolları”nın rəisi Vladimir Morozov bildirib ki, iki ölkə dəmir yolları arasında qarşılıqlı əlaqə ənənəvidir, bağlanmış saziş artıq mövcud işlərin formallaşdırılması üçün deyil, həm də bu layihə yeni təkan verəcək.
V.Morozov deyib: “Belarus və Azərbaycan arasında daha rahat və sabit nəqliyyat əlaqələrinin qurulması nəzərdə tutulur. Xüsusən “Şimal-Cənub” inkişaf etdirilməsi, Hindistan, İran, Azərbaycan və Belarusdan yüklərin nəqli üçün şərait yaradılması çox vacibdir. İmzalanan saziş tarif və texnoloji istiqamətlər üzrə işçi qruplatın yaradılmasını da nəzərdə tutur”.
“Belarus Dəmir Yolları”nın rəisi daha sonra əlavə edib ki, 2 ölkə arasında yüklərin 96 faizi dəmir yolu vasitəsi ilə daşınır:
“Biz həcmin artırılmasında maraqlıyıq. Bunun üçün uyğun tariflər, yaxşı logistika xidmətləri, heyət, eləcə də iki ölkənin müvafiq idarələri arasında dəqiq iş aparılması lazımdır. Tranzit dəhlizinin böyük hissəsi Rusiya Federasiyasının ərazisindən keçir. Biz tərəfdaşlamızla tarif və texnoloji məsələləri razılaşdırmaq istiqamətində işləyirik”.
Qeyd edək ki, “Şimal-Cənub” tranzit dəhlizi Şimali Avropanı Hindistan və Cənub-Şərqi Asiya ilə birləşdirmək üçün nəzərdə tutulub. Bu layihə həmçinin İran, Azərbaycan və Rusiya dəmir yollarının birləşdirilməsində bağ rolunu oynayacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar