Xəbər lenti
Azərbaycanda “staj aministiyası” kimlərə şamil olunacaq?
Azərbaycan dövləti tərəfindən 2019-2020-ci illərdə pensiyaya çıxan şəxslər üçün 25 il olaraq “staj aministiyası” hesab olunacaq.
Manevr.az xəbər verir ki, 2006-cı ilə qədər olan staj müddəti “staj aministiyası”na düşəcək.
Yəni həmin il insanın stajı 15 il və ya 22 il belə olsa, dövlət tərəfindən 25 il staj təqdim ediləcək və 2021-ci ildən etibarən isə bu staj aministiyası bir il-bir il azalmağa başlayacaq.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, staj illəri 25-dən artıq olan şəxslərə xələl gətirilməyəcək və həmin insanlar fərdi qaydada müraciət edib, stajlarını təsdiq etdirə bilərlər:
“Bizim hesablamalarımız göstərir ki, pensiya yaşına çatanların çoxunda bu staj yoxdur. Əlimizdə fərdi uçot rəqəmləri var, bunun əsasında 2006-cı ildən sonrakı dövrü hesablayacağıq.
Hazırda fərdi uçot məlumatı olan 3 milyon 600 mindən çox insan var. Pensiya təyinatının tam şəkildə elektronlaşdırılması üçün böyük elektron sistemlər yaradılır, təmizlənir, dəqiqləşdirilir.
Artıq dekabrın 15-dən etibarən test rejimində sınaqlar keçiriləcək. Yanvarın 1-dən isə real rejimdə pensiya təyinatlarına başlanılacaq”.
Qeyd edək ki, gələn il pensiya yaşı kişilər üçün 64, xanımlar üçün 61-dir./oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Təqvim
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar